Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Kia Seltos HUD nədir və necə işləyir?

Kia Seltos HUD nədir və necə işləyir?

“Kia Seltos HUD 8 düymlük ekran ölçüsündəki şəkli ön şüşəyə çıxardır və gözünüzü yoldan ayırmadan bütün lazımi informasiyanı sizə təqdim edir.”

HUD cihazlar panelindəki informasiyanı və naviqasiya məlumatını ön şüşəyə proyeksiya edən şəffaf displeydir. 

 

Seltos HUD 8 düymlük ekran ölçüsündəki şəkli ön şüşəyə çıxardır və sürücünün diqqətini yoldan ayırmadan ona sürət, yanacaq qalığı, kruiz kontrol tənzimləmələri haqqında informasiyanı və DRİVE WiSE texnoloji məlumatını təqdim edir.

 

Panelin aşağı sol hissəsindəki düyməyə basmaqla gizli ekranı aça bilərsiniz, təkrar basmaqla isə ekranı əvvəlki gizli mövqeyinə qaytara bilərsiniz. 

 

Kia Seltos HUD-da əks olunan informasiya:

 

Naviqasiya məlumatı

  • Yol nişanları
  • Spidometr
  • Kruiz kontrolun seçilmiş sürəti
  • Xəbərdarlıq işıqları (az yanacaq) 
  • AV rejim informasiyası