Bir Kia al, birini də qazan!
“Qızıl Açar” stimullaşdırıcı tirajlı lotereyanın şərtləri
Təşkilatçı: “Kia Motors Az” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1800327961).
Ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1040, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov, 11.
Rəsmi internet səhifəsi: www.kia.az
Lotereyanın adı və keçirilmə forması: “Qızıl Açar” stimullaşdırıcı lotereya.
Lotereyanın başlama tarixi: 01.09.2026
Lotereyanın bitmə tarixi: 26.12.2026
Tirajın keçirilmə tarixi: 27.12.2026
Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikası.
Tirajların keçiriləcəyi məkan: Bakı şəhəri, Babək prospekti, 2224, Baku Auto Mall.
Lotereya bileti barədə məlumat: lotereya bileti satılan Kia avtomobilinin VİN kodunu təşkil edən 17 simvoldan ibarət unikal elektron koddan ibarətdir. Elektron kod Lotereya iştirakçısına həm müqavilədə, həm də arxa tərəfində alıcı və alınmış avtomobil barədə məlumatlar yerləşdirilmiş xüsusi şəffaf brelokda təqdim olunacaq.
Lotereyanın obyekti: Rəsmi Kia satış mərkəzlərindən nağd və ya kredit yolu ilə alınan Kia markalı yeni avtomobillər.
“Kia Motors Az” MMC-yə aid rəsmi satış mərkəzlərinin ünvanları: Bakı şəhəri Babək prospekti, 43C; Bəşir Bünyadov küçəsi, 11; Babək prospekti, 2224, Baku Auto Mall; Həsən Əliyev küçəsi, 133; Badamdar qəsəbəsi Avtomobil satış Mərkəzi; Buzovna qəsəbəsi, M. Ə. Sabir küçəsi, 22A, Retro Cars; Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, 16.
Lotereyada iştirak edəcək şəxslər: 1 sentyabr 2026-cı il tarixindən (saat 9.00-dan) 26 dekabr 2026-cı il tarixinədək (saat 20.00-dək) Azərbaycan Respublikası ərazisində yerləşən Kia-nın rəsmi satış mərkəzlərindən nağd və ya kredit yolu ilə istənilən Kia markalı yeni avtomobili alan 18 yaşına çatmış hər bir şəxs.
Lotereyada iştirak qaydası
Lotereya müddətində Lotereya obyektini alan şəxslər Lotereyada iştirak etmək hüququ əldə edirlər. Lotereya obyektini almış şəxsə Alqı-satqı Müqaviləsində Lotereyada iştirak hüququ verən elektron kod (alınan avtomobilin VİN kodunu təşkil edən 17 simvoldan ibarət unikal kod) və həmin elektron kodun qeyd olunduğu şəffaf brelok təqdim edilir. Lotoreyada könüllü şəkildə iştirak etmək üçün şəffaf breloku həmin satış mərkəzində yerləşdirilmiş “Kia Motors Az” MMC-nin möhürü ilə möhürlənmiş bağlı qutuya atırlar.
Uduş fondu, uduşların oynanılması və təqdim olunması qaydaları.
Uduş fondu bir tirajdan ibarət olaraq 27 dekabr 2026-cı il tarixində Bakı şəhəri, Babək prospekti, 2224, Baku Auto Mall mərkəzində oynanılacaq.
Tirajın gedişatı https://www.instagram.com/kiamotorsazerbaijan/ rəsmi instaqram və ya https://www.tiktok.com/@kiaazerbaijan rəsmi tiktok profilində canlı yayımlanacaq.
Tirajda 1 (bir) ədəd yeni Samsung S26, 1 (bir) ədəd yeni iPhone 17 smartfon cihazları və 1 (bir) ədəd yeni Kia Soluto Luxe avtomobili oynanılacaq.
Tiraj tarixində “Kia Motors Az” MMC-yə məxsus satış mərkəzlərindən gətirilmiş qutulardakı breloklar tiraj komissiyasının, lotereya iştirakçılarının və digər qonaqların gözləri önündə lototrona yerləşdirilərək qarışdırıldıqdan sonra bir ədədi lototrondan çıxarılacaqdır. Qutudan çıxarılan şəffaf brelokun üzərində elektron kodu qeyd olunmuş şəxs uduşu udmuş hesab ediləcəkdir.
Birinci növbədə 1 (bir) ədəd yeni Samsung S26 mobil telefonu oynanılacaqdır. Qalibin breloku lotereyadan kənarlaşdırılır və o, digər uduşların oynanılmasında iştirakını dayandırır.
İkinci növbədə 1 (bir) ədəd yeni iPhone 17 mobil telefonu oynanılacaqdır. Qalibin breloku lotereyadan kənarlaşdırılır və o, digər uduşların oynanılmasında iştirakını dayandırır.
Üçüncü növbədə 1 (bir) ədəd yeni Kia Soluto Luxe avtomobili oynanılacaqdır.
Lotereyanın qalibləri uduşu əldə etmək üçün şəxsiyyət vəsiqələri ilə tirajın keçirildiyi tarixdən etibarən 90 iş günü ərzində “Kia Motors Az” MMC-nin Bakı şəhər, B. Bünyadov küçəsi, 11 ünvanda yerləşən ofisinə müraciət edə bilərlər.
Uduş, müraciət edildikdən sonra 30 (otuz) iş günündən qec olmayaraq udmuş şəxsə təqdim ediləcəkdir.
Qaliblər barədə məlumatlar “Kia Motors Az” MMC-ə aid olan korporativ saytda, sosial şəbəkə profillərində və rəsmi KİV-də (“Azərbaycan” qəzeti) 2 iş günündən gec olmayaraq elan ediləcəkdir.
Digər məlumatlar
Uduşların dəyəri pul ilə əvəz edilmir.
“Kia Motors Az” MMC-nin əməkdaşları və onların ailə üzvləri lotereyada iştirak etmək hüququna malik deyillər.
Lotereya uduşları ilə yarana biləcək bütün vergi öhdəlikləri qaliblər tərəfindən qarşılanır.
6 may - 29 avqust tarixlərində keçirilmiş “Qızıl Açar” stimullaşdırıcı tirajlı lotereyanın qalibləri
Lotereya barədə ümumi məlumatlar
Təşkilatçı: “Kia Motors Az” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1800327961).
Ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1040, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov, 11.
Rəsmi internet səhifəsi: www.kia.az
Lotereyanın adı və keçirilmə forması: “Qızıl Açar” stimullaşdırıcı lotereya.
Lotereyanın başlama tarixi: 06.05.2026
Lotereyanın bitmə tarixi: 29.08.2026
Tirajın keçirilmə tarixi: 30.08.2026
Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikası.
Tirajların keçiriləcəyi məkan: Bakı şəhəri, Babək prospekti, 2224, Baku Auto Mall.
30 avqust tarixində baş tutmuş tirajda şağıda qeyd olunmuş qaliblər müəyyən olunmuşdur:
Cəlalova Gülnar (KNAPV81DBV7517197) - 1 (bir) ədəd yeni Samsung S26 mobil telefonu;
Nəsirov İslam (KNAPV81DBT7498810) - 1 (bir) ədəd yeni iPhone 17 mobil telefonu;
Səmədov Şaiq (LJD0AA297T0400512) - 1 (bir) ədəd yeni Kia Soluto Luxe avtomobili.
Qaliblər uduşları əldə etmək üçün şəxsiyyət vəsiqələri ilə tirajın keçirildiyi tarixdən etibarən 90 iş günü ərzində “Kia Motors Az” MMC-nin Bakı şəhər, B. Bünyadov küçəsi, 11 ünvanda yerləşən ofisinə müraciət etməlidirlər.
Uduşların dəyəri pul ilə əvəz edilmir.
Lotereya uduşları ilə yarana biləcək bütün vergi öhdəlikləri qaliblər tərəfindən qarşılanır.
Sualınız var? Bizə zəng edin!
Avtomobillərin qiyməti, təchizatı və kredit şərtləri ilə bağlı bizimlə əlaqə saxlamağınızı rica edirik.
(050/051/055/070) 303 60 60
Satış məsləhətçiləri ilə əlaqə nömrələri
