Eksteryer
Tam yeni Kia Carnival ilə xüsusi anlar
Özünüzə və yaxınlarınıza vaxt ayırın.
Performans getdiyiniz hər yerdə özünü göstərir
Ağıllı texnologiya və gözəl dizaynın vəhdəti sayəsində yolunuzun uzun çöllük yaxud səs-küylü şəhər yolu olmağından asılı olmayaraq özünüzü hər zaman evdə kimi rahat hiss edəcəksiniz.
İdarəetmədən həzz alın
Həyatı dolu yaşamaq görülən hər bir işdən zövq almaq deməkdir. Elə isə, həyatınızı Carnival ilə coşdurun.
Carnival idarəetməni gününüzün ən xoş hissəsinə çevirəcək.
Carnival idarəetməni gününüzün ən xoş hissəsinə çevirəcək.
-
Elektriklə ötürücülü sürüşən qapı
İkinci sıranın sürüşən qapısını əl ilə və ya sadəcə açara yüngülcə basmaqla aça bilərsiniz. -
Qabarit işıqları
LED tipli qabarit işıqları effektiv işıqlandırma ilə yanaşı Carnival-ın xarici görünüşünə müasirlik qatır. -
Ön duman işıqları
Carnival-ın futuristik dizayn estetikasına xələl gətirmədən irəlidəki yolu aydın görməyə yardımçı olur.
İnteryer
Olduqca zərif və geniş "kokpit"
-
Çirklənməyən YES ESSENTİALS oturacaqları
Maksimal rahatlıq üçün oturacaqların parçasına təmizlənməsi asan və ləkə götürməyən texnologiya tətbiq olunub. Oturacağa tökülən maye damcı şəklində qalır və dərhal silinə bilir. Səthə sürtülmüş ləkələri isə su və sabunun köməyilə asanlıqla təmizləmək mümkündür. Carnival ilə həyatın istənilən sürprizinə hazırsınız. -
İkinci sıra oturacaqlarının yuxarıya yığılma sayəsində arxa sıraya asan keçid
Yeddi və səkkiz oturacaqlı modellər ikinci sıra oturacağının yuxarıya doğru innovativ yığılma texnologiyası ilə təchiz edilib. İkinci sıra oturacağını tam qatlamaq əvəzinə Carnival-ın yuxarı yığılan oturacaqları düyməyə basmaqla öndəki oturacağa doğru yuxarıya sürüşərək yığılır. Bu əlavə yer o deməkdir ki, üçüncü sıranın sərnişinləri avtomobilə minib-düşərkən heç bir çətinliklə üzləşməyəcəklər və arxaya yük qoyub-boşaltmaq da nəzərəçarpacaq dərəcədə asanlaşacaq. -
Tam avtomatik üçzonalı iqlimə nəzarət sistemi
Son dərəcə müasir iqlimə nəzarət sistemi havanın keyfiyyətinə və temperaturun bütün səyahət boyu hər kəsin istəyinə uyğun olmasına zəmanət verir.
-
Oturacaq konfiqurasiyaları (7/8 oturacaq)
-
Geniş yük yeri
Oturacaqların müxtəlif cür qatlanma imkanı istənilən ölçü və formalı yükün daşımasını mümkün edir. -
Yığılan oturacaqlar: salon daxilində yeni imkanlar
Carnival-ın 11 oturacaqlı modelləri yığılan oturacaqlarla təchiz edilib. Açılıb-yığıla bilən dördüncü sıra oturacaqlarını döşəmə altında gizlədə bilərsiniz.
Performans
Mükəmməl formula
Güc və idarəetmənin mükəmməl balansı üçün davamlılıq sınağından keçirilib
Təhlükəsizlik
Təhlükəsizliyiniz üçün
Yüksək təhlükəsizlik xüsusiyyətləri ilə özünüzü güvəndə hiss edin
-
Parklama sensorları
Ön və arxa ultrasəs parklama sensorları təhlükəsizliyinizi təmin etmək üçün avtomobilin önündə və arxasındakı maneələr barədə sizi xəbərdar edir. -
Arxadan köndələn hərəkətlə bağlı xəbərdarlıq
Perpendikulyar istiqamətdə yaxınlaşmaqda olan avtomobil barədə xəbərdalıq etməklə sürücüyə arxaya doğru hərəkət etməkdə kömək edir. -
Arxa görüntü kamerası
Etibarlı bələdçiniz kimi tam rəngli, yüksək keyfiyyətli görüntü əks etdirən arxa kameradan istifadə edin və arxanızda nələrin olduğundan tam xəbərdar olun. -
Gizli zonalara nəzarət (BSD)
Sistem, sensorlardan istifadə edərək yan zolaqlarda arxadan yaxınlaşmaqda olan avtomobillərə nəzarət edir və avtomobil aşkar edən kimi yan güzgülərə vizual xəbərdarlıq göndərir.
- Şəkillər sadəcə məlumatlandırıcı xarakter daşıyır. Opsiyaların mövcudluğu avtomobilin təchizatından asılıdır.
- Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Motors Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050, 051, 055, 070) 303 60 60