FIFA Dünya Kuboku 2026™-nın açılış anını yaradan 49-cu komanda
Kia FIFA Dünya Kuboku™-nun ilk anını yaradır.
Bütün dünyanın diqqəti oyuna yönəldiyi anda FIFA Dünya Kuboku™ OMBC ilə başlayır.
Rəsmi Matç Topunun Daşıyıcısı (Official Match Ball Carrier – OMBC) Kia tərəfindən həyata keçirilən proqramdır.
Bu proqram çərçivəsində uşaqlar rəsmi matç topunu hakimə təqdim etmək üçün meydana çıxır və bununla da oyunun rəsmi başlanğıcını simvolizə edirlər.
Hər bir iştirakçı Kia tərəfindən xüsusi seçim əsasında müəyyən edilir və dəvət olunur.
Həmin unudulmaz anda onlar dünyanın ən möhtəşəm futbol səhnəsinin mərkəzində yer alırlar.
Tarixin ən böyük FIFA Dünya Kuboku™ 2026 yaxınlaşdıqca, OMBC proqramı yeni qlobal mərhələyə qədəm qoyur — Kia OMBC Cup 2026™. Bu proqram dünyanın on ölkəsindən seçilmiş istedadlı gənc futbolçuları bir araya gətirən beynəlxalq gənclər turnirinə çevrilir.
FIFA Dünya Kuboku™-nda iştirak edən 48 milli komandadan əlavə, bu uşaqlar Kia-nın dəstəyi ilə turnirin gələcəyini formalaşdıracaq rəmzi 49-cu komandanı təşkil edirlər.
Müxtəlif mühitlərdən gələn uşaqların eyni arzunu seçərək ilk dəfə cəsarətlə irəli addımladığı xüsusi bir an var. Kia OMBC Cup 2026™ üçün gələcək məhz bu seçimlə başlayır.
Kia onların bütün yol boyu yanındadır. Futbol əfsanələrinin rəhbərliyi altında uşaqlar məsuliyyət hissini mənimsəyir, qazandıqları təcrübə ilə addım-addım inkişaf edirlər.
Bu hekayə yalnız yekun nəticədən deyil, hər bir uşağın öz potensialına doğru ilk addım atdığı andan bəhs edir. Kia onların görünməyən ilk çətinliklərindən başlayaraq FIFA Dünya Kuboku™-nun açılış anınadək bütün bu yolu birlikdə keçir.
Kia OMBC Cup 2026™
Dünyanın müxtəlif ölkələrindən seçilmiş uşaqlar Los-Ancelesdə bir araya gəlirlər. Burada oyunlar sadəcə yarış deyil. Onlar xarakterin, cəsarətin və potensialın üzə çıxdığı xüsusi anlara çevrilir. Kia OMBC Cup 2026™ seçim mərhələsindən daha artıqdır — bu, gənc futbolçuların arzularını meydanda reallığa çevirdikləri ilk böyük səhnədir.
FIFA Dünya Kuboku 2026™ səhnəsində uşaqlar artıq tamaşaçı kimi deyil, oyunun başlanğıcını simvolizə edən iştirakçılar kimi meydana çıxırlar.
Onların meydandakı iştirakı FIFA Dünya Kuboku™ tarixində yeni bir səhifənin başlanğıcını ifadə edir.
OMBC proqramı uzun illərdir uşaqlara FIFA Dünya Kuboku™nun açılış anının bir hissəsi olmaq imkanı yaradır.
OMBC Cup isə bu arzunu onların şəxsi inkişaf və uğur yoluna çevirir.
Və onlar rəsmi matç topunu hakimə təqdim etdikləri anda FIFA Dünya Kuboku™ rəsmi olaraq başlayır.
Kia onların FIFA Dünya Kuboku 2026™ boyunca da yanında olmağa davam edir və bu ilk addımın FIFA Dünya Kuboku™ tarixinin unudulmaz bir hissəsinə çevrilməsinə töhfə verir.



