-
Panoramik böyük displey
-
Ön oturacaqların isidilməsi/ventilyasiyası
-
Praktik
baqaj bölməsi
Geniş salon
Çoxfunksiyalı məkan, yüksək komfort
Əlavə rahatlıq üçün nəzərdə tutulmuş sürücünün relaksasiya oturacağı təzyiqin daha bərabər paylanmasına kömək edir və uzun səfərlər zamanı daha rahat oturuş vəziyyəti təmin edir.
İkinci sıra oturacaqların tənzimlənən söykənəcəyi arxa sərnişinlər üçün daha yüksək rahatlıq və komfortlu səyahət vəd edir.
Yük bölməsindəki çoxfunksiyalı qarmaqlar kiçik çantaların və alış-veriş paketlərinin etibarlı şəkildə yerləşdirilməsinə kömək edir. Hər iki tərəfdə yerləşən saxlama bölmələri isə hərəkət zamanı diyirlənə və ya aşaraq yerini dəyişə biləcək əşyalar üçün əlavə yer təmin edir.
Geniş salon
Çoxfunksiyalı məkan, yüksək komfort
Təhlükəsizlik
Təhlükəsizliyə doğru
Dönmə siqnalı aktivləşdirildikdə cihazlar panelində müvafiq istiqamətdə avtomobilin arxa-yan hissəsinin görüntüsü əks olunur.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
Arxa sərnişinlərə nəzarət sistemi (ROA) arxa qapılara nəzarət edir və sürücüyə avtomobili tərk etməzdən əvvəl arxa oturacaqları yoxlamağı xatırlatmaq üçün cihazlar panelində bildiriş göstərir.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
Avtomobil dayandıqdan sonra sərnişin qapını açarkən arxa-yan tərəfdən yaxınlaşan nəqliyyat vasitəsi ilə toqquşma riski aşkar edilərsə, sistem xəbərdarlıq edir.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
Təhlükəsizlik
Təhlükəsizliyə doğru
Sürücüyə yardım sistemləri
Daha əmin hərəkət
Avtomobilin qarşısında nəqliyyat vasitələri, motosikletçilər, piyadalar və ya velosipedçilərlə mümkün toqquşma risklərinə nəzarət edir, həmçinin yolayrıclarında və ya eyni hərəkət zolağında yaxınlaşan nəqliyyat vasitələri ilə bağlı riskləri müəyyən edir. Aşkar edilmiş riskdən və hərəkət şəraitindən asılı olaraq sistem xəbərdarlıq edə, əyləcləməyə və sükan idarəetməsinə yardım göstərə bilər.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
Məsafədən pultla parklama assistenti (RSPA) sürücü avtomobildən kənarda olarkən avtomobilin parklanma yerinə daxil olmasına və ya oradan çıxmasına imkan verir. Smart açarın düyməsindən istifadə etməklə avtomobili məsafədən irəli və geri hərəkət etdirərək parklamaq və ya parklanma yerindən çıxarmaq mümkündür. Sistem sükan idarəetməsinə, hərəkət sürətinə, ötürmələrin dəyişdirilməsinə nəzarət edir və maneə aşkar edildikdə əyləcləməni həyata keçirir.
※ RSPA yalnız qanunvericiliklə icazə verilən ölkə və regionlarda mövcuddur. Funksiyanın mövcudluğu bazardan və ya regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
※ RSPA yalnız qanunvericiliklə icazə verilən ölkə və regionlarda mövcuddur. Funksiyanın mövcudluğu bazardan və ya regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
PCA-R geriyə hərəkət zamanı hər hansı obyektlə toqquşma riski aşkar etdikdə sürücüyə xəbərdarlıq edir və avtomatik olaraq təcili əyləcləməni aktivləşdirir.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
※ Funksiyanın mövcudluğu regionda qüvvədə olan qaydalardan asılı olaraq dəyişə bilər.
Sürücüyə yardım sistemləri
Daha əmin hərəkət
Qabaqcıl texnologiyalar
Fasiləsiz əlaqə, rahat səyahət
- Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60










