Go to content

Kia simaları

Kia simaları
Hərəkata qoşulun Kia simaları

Dəyişikliyə təkan verən insanlar və mədəniyyət

Gördüyümüz hər işin mərkəzində insanlar dayanır.
person1
person2
person3
person4
person5
person6

Fərqli insanlar bir araya gələrək ortaq mədəniyyət formalaşdırır, bu mədəniyyət isə daha böyük bir hərəkata çevrilir. Müxtəlifliyi qəbul edib birlikdə inkişaf etmək yolunda səyahətimiz dünyanın hər guşəsinə yayıldıqca Kia yeni imkanlar yaradır.

Müxtəliflikdən güc alan vahid hərəkat

Kia-da müxtəlif millətlərdən, fərqli mühitlərdən gələn və müxtəlif təcrübələrə malik insanlar bir araya gəlir. Fərqli baxış bucaqları və ideyalar qovuşanda ən adi suallara belə yeni cavablar tapılır. Aramızdakı fərqləri aradan qaldırmağa çalışmaq əvəzinə, əvvəlcə bir-birimizi anlamağa çalışırıq. Məhz bu qarşılıqlı anlaşma sayəsində daha yaxşı həllər tapır və innovasiyalara təkan veririk. Müxtəlif ideyalar ortaq istiqamətdə birləşəndə Kia-nın hərəkatı daha da güclənir.

TOGETHER
RESPECT
CHALLENGE
Birlikdə qurduğumuz inkişaf
Birlikdə qurduğumuz inkişafr

Fərqli təcrübələr və baxış bucaqları Kia-nın ən böyük sərvətidir. Ortaq məqsəd ətrafında birləşərək fərdi təcrübələrimizi daha geniş baxışa çeviririk. Fərqlərimizi anlamaq prosesi isə məhz Kia-ya xas yeni bir hərəkata yol açır. Vəzifələrimiz fərqli olsa da, istiqamətimiz birdir — daha yaxşı sabah qurmaq.

Özümüzə meydan oxumaqdan heç vaxt vaz keçmirik Özümüzə meydan oxumaqdan heç vaxt vaz keçmirik2
Özümüzə meydan oxumaqdan heç vaxt vaz keçmirik

Biz alışdığımızla kifayətlənmirik. Fürsətləri gözləmək əvəzinə, onları özümüz yaradırıq. Uğursuzluqlardan belə dərs çıxarır və qazandığımız təcrübəni yenidən irəliləmək üçün dayaq nöqtəsinə çeviririk. İnanırıq ki, bu gün üzləşdiyimiz çətinliklər sabah daha böyük dəyişikliklərin əsasını qoyur.

Hərəkatın arxasındakı insanların hekayələri

Öz işində öyrənən, bir-birinə hörmət edən və özünə meydan oxumaqdan vaz keçməyən insanlar. Onların təcrübələri və ideyaları Kia-nın mədəniyyətini formalaşdırır. Kia-nı irəli aparan insanların hekayələri ilə tanış olun.

Hərəkatın arxasındakı insanların hekayələri

Burada müxtəlif sahələrdən gələn və fərqli mədəni mühitlərdə yetişmiş həmkarlar çiyin-çiyinə çalışırlar. Onların müxtəlif baxışları və düşüncə tərzləri gündəlik əməkdaşlığımızı zənginləşdirir, bizi konstruktiv şəkildə yeni inkişaf mərhələlərinə sövq edir.

Evelin Kia Avropa
Evelin

Vəzifələrimiz fərqli ola bilər, amma getdiyimiz istiqamət eynidir. Bir-birimizə dəstək olub ideyalarımızı bölüşdüyümüz anda daha sürətlə irəliləyə və daha böyük nailiyyətlər əldə edə bilirik.

Václav Kia Slovakiya
Václav

Kia-nın dəyişikliklərə öncüllük etdiyini və cəsarətli çağırışları qəbul etdiyini görmək məndə bu hərəkatın bir hissəsi olmaq istəyi yaratdı.

Mariel Kia Avropa
Bizi irəli aparan dəyərlər

Kia mədəniyyətinin mərkəzində hər zaman insanlar dayanır. Müxtəlif ideyalar və təcrübələr bu mədəniyyəti formalaşdırır, insanlara göstərdiyimiz qayğı isə həmkarlarımızdan kənara çıxaraq müştərilərimizi və bütün dünyanı əhatə edir. Bu dəyərləri rəhbər tutaraq daha yaxşı sabah naminə özümüzə yeni hədəflər qoyur və daha irəli getməyə çalışırıq.

İnsanlara qayğı
İnsanlara qayğı

Kiçik addımların böyük təsir yaratdığını bilərək həmkarlarımıza, müştərilərimizə və planetimizə empatiya və hörmətlə yanaşırıq. Daha inklüziv, ədalətli və dayanıqlı bir dünya qurmaq məsuliyyətimizdən heç vaxt güzəştə getmirik.

Birlikdə daha da irəli
Birlikdə daha da irəli

Ortaq məqsədimiz ətrafında birləşərək müxtəlif baxış bucaqlarını qəbul edir və birlikdə çalışırıq. İdeyaları müzakirə etməklə, bir-birimizi ruhlandırmaqla və sevinci bölüşməklə birlikdə daha irəli gedirik.

İnsanlara təşəbbüs göstərmək imkanı vermək
İnsanlara təşəbbüs
göstərmək imkanı vermək

Bir-birimizə olan qarşılıqlı etimad bizə öhdəliklərimizi öz üzərimizə götürmək və məsuliyyət daşımaq gücü verir. Sərbəst hərəkət etmək imkanımız ortaq cavabdehlik prinsipi ilə istiqamətləndirilir.

Sərhədləri aşmağa cəsarət etmək
Sərhədləri aşmağa cəsarət etmək

Cəsarətli, maraqlı və yaradıcı düşüncə ilə dünyanın irəliləyiş yollarını yenidən təsəvvür etməyə çalışırıq. Biz mövcud qəlibləri daim sorğulayırıq, çünki yerimizdə saymaqdansa riskə gedib uğursuzluqlardan dərs almağın daha yaxşı olduğuna inanırıq.

Hər gün mükəmməlliyə can atmaq
Hər gün mükəmməlliyə can atmaq

Böyük düşünür və davamlı təkmilləşməyə çalışırıq. Müştəri gözləntilərini aşmaq üçün dəyişikliklərə sürətlə uyğunlaşır, iş proseslərimizi sadələşdiririk ki, prosedurlar irəliləyişimizə mane olmasın.

Dünyanı birləşdirən vahid hərəkat

Kia-nın hərəkatı heç vaxt bir yerdə dayanmır. Dünyanın hər yerində eyni dəyərləri və baxışı bölüşən insanlar birləşərək daha böyük təsir və yeni imkanlar yaradırlar. Bu hərəkat sərhədləri aşaraq daha yaxşı sabaha doğru irəliləyir.

    • Yeni Zelandiya
    • Malayziya
    • İndoneziya
    • Yaponiya
    • Tailand
    • Avstraliya
    • Böyük Britaniya
    • Niderland
    • Avstriya
    • Almaniya
    • İtaliya
    • Belçika
    • Çexiya
    • İsveç
    • Polşa
    • İspaniya
    • Fransa
    • Slovakiya
    • Macarıstan
    • İrlandiya
    • Meksika
    • ABŞ
    • Kanada
    • Rusiya
    • Qazaxıstan
    • Yeni Zelandiya
    • Malayziya
    • İndoneziya
    • Yaponiya
    • Tailand
    • Avstraliya
    • Böyük Britaniya
    • Niderland
    • Avstriya
    • Almaniya
    • İtaliya
    • Belçika
    • Çexiya
    • İsveç
    • Polşa
    • İspaniya
    • Fransa
    • Slovakiya
    • Macarıstan
    • İrlandiya
    • Meksika
    • ABŞ
    • Kanada
    • Rusiya
    • Qazaxıstan

İmkanlar birləşərək dəyişiklik yaradır,
bizi daha yaxşı sabaha aparır.

İmkanlar birləşərək dəyişiklik yaradır, bizi daha yaxşı sabaha aparır.