-
6 hava yastığı
-
12,3 düymlük sensorlu HD displey
-
BOSE Premium səs sistemi
Kia-nın “Pələng təbəssümü” brend üslubu xrom dekorativ örtük ilə.
“Ulduz xəritəsi” konsepsiyasında LED ön faralar ilə hər gəlişinizi unudulmaz edin. Fərqləndirici işıq imzası və gücləndirilmiş işıqlandırma sayəsində onlar ailəniz üçün həm təhlükəsizliyi, həm də zərif üslubu bir araya gətirir.
Avtomobilin arxa hissəsinə tam fərqli görünüş bəxş edən dizayn elementi.
“Ulduz xəritəsi” dizaynlı LED arxa fənərlər ilə gecə-gündüz fərqlənin. Özünəməxsus işıq imzası, yüksək görünmə və zərif dizayn hər səfərinizi daha təsirli edir.
17 düymlük kristal formalı ikirəngli xəlitə disklər ilə hər baxışı üzərinizə çəkin. Dinamika və premium zərifliyin harmoniyası hər səyahətinizi daha təsirli edir.
Dizayn
Müasir eksteryer
İnteryer
Rahatlığınızın təminatçısı
Yeni Kia Carens sizi mükəmməl üslub və düşünülmüş komfort dünyasına dəvət edir. Burada hər bir detal maksimum rahatlıq üçün yaradılıb.
Yeni Kia Carens geniş 7 nəfərlik salonu ilə hər üç sırada ayaqlar üçün və çiyin səviyyəsində geniş məkan, eləcə də yüksək komfort təqdim edir. Bu isə ailənizlə etdiyiniz hər səfəri daha rahat və zövqlü edir.
Salonu daha işıqlı və təravətli etmək üçün lyuk nəzərdə tutulub.
Qatlana bilən arxa masa sayəsində hər səfər daha rahat və funksional olur. Qəlyanaltı etmək, müxtəlif fəaliyyətlərlə məşğul olmaq və ya sadəcə dincəlmək artıq hər bir sərnişin üçün daha rahatdır.
İsti yay günlərində uzaq səfər zamanı içkilərinizi sərin saxlamaqla səyahətinizi daha rahat edəcək.
İnteryer
Rahatlığınızın təminatçısı
Gizli zonadakı nəqliyyat vasitələrini aşkarlayır və təhlükəli zolaq dəyişmə cəhdi zamanı avtomobilin hərəkət zolağında qalmasına kömək edir.
Hər bir sərnişinin təhlükəsizliyini təmin edən hərtərəfli qorunma sistemi ilə hər səfər daha etibarlı olur.
İntellektual kruiz-kontrol (SCC) əvvəlcədən təyin edilmiş sürəti qoruyaraq qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni saxlayır. Sıx, dayanıb-hərəkət edən nəqliyyat axınında sistem avtomobili tam dayandırır və qarşıdakı nəqliyyat vasitəsi hərəkətə başladıqda avtomatik olaraq yenidən hərəkətə gətirir.
Bu funksiya hərəkət zolağını tanıyaraq sürücüyə avtomobili zolağın mərkəzində saxlamağa kömək edir.
Avtomobil ilə arxa-arxaya hərəkət etdikdə RCCA toqquşmanın qarşısını alaraq təhlükəsizliyinizi təmin edir. RCCA hər iki tərəfdən yaxınlaşan nəqliyyat vasitələrini təyin edir, xəbərdarlıq verir və xəbərdarlığa baxmayaraq toqquşma riski artırsa ani tormozlama sistemini işə salır.
Təhlükəsizlik
Təhlükəsizliyin keşiyində
Texnologiyalar
Səyahətinizi rahatlaşdıracaq funksiyalar
Parklama sensorları maneələrə yaxınlaşdıqda sizi xəbərdar edərək təhlükəsiz parklamaya kömək edir. Sensor texnologiyası vasitəsilə avtomobil ilə ətrafdakı obyektlər arasındakı məsafəni müəyyən edir, toqquşma riskini azaldır və dar məkanlarda, eləcə də manevr zamanı parklamanı daha rahat edir.
Panoramik displey 12,3 düymlük cihazlar panelini və 8 dinamikli BOSE premium audiosistemi 12,3 düymlük məlumat-əyləncə sistemi ekranlarını özündə birləşdirir.
Ətrafınızı hər bucaqdan görün. SVM sistemi 360° quşbaxışı görüntünü təqdim edərək dar məkanlarda və sıx şəhər küçələrində manevr etməyi daha asan, rahat və təhlükəsiz edir.
Oturacaqların ventilyasiyası sayesində ən isti yay günlərində belə Carens-də səyahət etmək olduqca rahatdır.
İnteqrasiya olunmuş naqilsiz şarj paneli ilə cihazlarınızı kabel qarışıqlığı olmadan rahatlıqla enerji ilə təmin edin. Daim hərəkətdə olan ailələr üçün düşünülmüş bu xüsusiyyət hər səfərdə rahatlığı və fasiləsiz bağlantını təqdim edir.
Texnologiyalar
Səyahətinizi rahatlaşdıracaq funksiyalar
- Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60
