Go to content

FIFA Tərəfdaşlıq

FIFA
Tərəfdaşlıq FIFA
Kia-nın ilhamlandırıcı hərəkəti FIFA-nın futbol ehtirası ilə qovuşur

Futbol bütün dünyanı birləşdirən gücə malikdir.

Meydandan kənarda da o, nəsilləri, mədəniyyətləri və insanları bir araya gətirir.
FIFA-nın formalaşdırdığı bu yolda Kia uzunmüddətli tərəfdaş kimi futbolun bu gününə və gələcəyinə töhfə verir,
"İlhamlandırıcı hərəkət” brend şüarını rəhbər tutur."

Kia niyə FIFA ilə tərəfdaşdır

FIFA futbol vasitəsilə insanları bir araya gətirən dünyanın ən möhtəşəm platformasını yaradıb. Sərhədləri və dilləri aşaraq futbol bütün dünyada gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş qlobal mədəniyyətdir.

Bu qlobal təsir Kia-nın insanları və dünyanı hərəkət vasitəsilə birləşdirmək dəyərləri ilə üst-üstə düşür. FIFA ilə tərəfdaşlığı çərçivəsində Kia insanları bir-birinə yaxınlaşdıran və ilhamlandıran mənalı anlar yaratmağa davam edir.

Kia niyə FIFA ilə tərəfdaşdır
FIFA ilə uzunmüddətli tərəfdaşlıq
2010-cu ildən etibarən FIFA-nın rəsmi tərəfdaşı kimi Kia bütün dünyada futbol azarkeşlərinin ehtirasını bölüşür. Bu qlobal bayramı daha çox insana çatdırmaq üçün Kia turnirlərin təşkili və mobillik həllərinə səmərəli və məsuliyyətli dəstək göstərir. Bu təcrübəyə əsaslanaraq Kia davamlı mobilliyin gələcəyini formalaşdırmaq naminə FIFA ilə əməkdaşlığını davam etdirir.
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-marquee-1.webp
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-marquee-2.webp
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-marquee-3.webp
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-marquee-4.webp
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-marquee-5.webp
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-marquee-6.webp
FIFA ilə uzunmüddətli tərəfdaşlıq
Kia-nın ilham verdiyi unudulmaz anlar
Hər kəs üçün futbola dəstək
Kia futbolu sevən hər nəslin yanında olmağa davam edir və dünyanın müxtəlif meydanlarında yaşanan unudulmaz futbol anlarını dəstəkləyir.
Rəsmi avtomobil tərəfdaşlığı
Rəsmi avtomobil tərəfdaşlığı

FIFA-nın beynəlxalq turnirləri boyunca Kia rəsmi mobillik tərəfdaşı kimi oyunçuların və rəsmi şəxslərin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Pərdəarxasında belə Kia oyunun fasiləsiz davam etməsinə töhfə verir və futbolun dünyanın ən möhtəşəm səhnəsində baş tutmasına dəstək olur.

Gənclər və gələcək nəsillər üçün proqramlar
Gənclər və gələcək nəsillər üçün proqramlar

Kia FIFA-nın müxtəlif futbol platformalarını – gənclər və qadınlar arasında keçirilən turnirləri, futzal yarışlarını və FIFAe World Cup™ turnirini dəstəkləməyə davam edir. Məhz burada futbolun gələcəyi formalaşır. Bu öhdəlik futbolu hər kəs üçün əlçatan edən dəyərləri gücləndirir.

Stadiondan kənarda da futbolun sevinci
Kia stadiondan kənarda da azarkeşlərlə bir araya gələrək futbolun sevincini gündəlik həyatın ayrılmaz hissəsinə çevirir.
FIFA Fan Festival
FIFA Fan Festival

FIFA Fan Festival stadiondan kənarda azarkeşlərin bir araya gəldiyi xüsusi görüş məkanıdır. Burada Kia mobillik mövzusunda interaktiv təcrübələr təqdim edərək futbolun həyəcanını və mədəniyyətini daha yaxından yaşadır.

Kia Brend Zonası
Kia Brend Zonası

Kia-nın Brend Zonası azarkeşlərlə daha yaxından ünsiyyət qurmaq və gələcəyin mobilliyini nümayiş etdirmək üçün yaradılmış xüsusi məkandır. Burada nümayiş etdirilən elektromobil modelləri vasitəsilə Kia elektrikləşdirilmiş brend kimliyini və davamlı mobillik baxışını təqdim edir.

Birlikdə ilhama doğru

Kia FIFA-nın təşkil etdiyi çoxsaylı beynəlxalq futbol yarışlarının tərəfdaşı olub. FIFA Dünya Çempionatı 2026™ isə ortaq dəyərlər üzərində qurulmuş uzunmüddətli tərəfdaşlığın növbəti mühüm mərhələsini təmsil edir.

/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-1.webp
FIFA World Cup™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-2.webp
FIFA U-20 World Cup Chile 2025™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-3.webp
FIFA U-17 World Cup Qatar 2025™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-4.webp
FIFA Futsal Women's World Cup
Philippines 2025™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-5.webp
FIFA Beach Soccer World Cup
Seychelles 2025™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-6.webp
FIFA Women's World Cup
Australia & New Zealand 2023™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-7.webp
FIFAe World Cup 2024™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-8.webp
FIFA U-17 Women's World Cup
Morocco 2025™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-9.webp
FIFA U-20 Women's World Cup
Colombia 2024™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-10.webp
FIFA Intercontinental Cup 2024™
/content/dam/kwcms/gt/en/images/discover-kia/fifa/fifa-slide-11.webp
FIFA Futsal World Cup
Uzbekistan 2024™
Gələcəyin futbol ulduzları meydanda: OMBC
Gələcəyin futbol ulduzları meydanda: OMBC

Rəsmi Oyun Topu Daşıyıcıları (OMBC) gələcəyin futbol ulduzu olmağı arzulayan uşaqlardır. Onlar futbolçularla birlikdə meydana çıxaraq rəsmi oyun topunu baş hakimə təqdim edir və bununla da oyunun ən həyəcanlı anlarından birinə start verirlər.

Futbol vasitəsilə Kia dünyanın hər yerindəki azarkeşlərlə duyğuları və ilhamı paylaşır. İdmanın insanları ruhlandırmaq gücünə inanaraq Kia davamlı mobillik və innovasiya yolunda inamla irəliləməyə davam edir.


Kia futbolun hüdudlarından kənarda da dünyaya yeni
imkanlar və davamlı dəyər qazandırır.

FIFA