Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Avtomobil akkumulyatoru necə doldurulur?

Avtomobil akkumulyatoru necə doldurulur?

“Siz ya başqasının avtomobilindən enerji alaraq ən azı 20 dəqiqə avtomobili idarə etməli ya da akkumulyatoru eneji mənbəsində doldurmalısınız.”

  1. Başqa avtomobildən enerji almaq üçün sizə naqil və akkumulyatoru ölü olmayan avtomobil lazımdır.
  2. Akkumulyatoru ölü olmayan bir avtomobil tapın və sahibindən onda enerji naqilinin olub-olmadığını soruşun. Əgər yoxdursa, kimdənsə enerji naqili tapın.
  3. Enerji verəcək avtomobili avtomobilinizin akkumulyatoruna yaxın olacaq şəkildə park edin, əmin olun ki avtomobillər bir-biri ilə kontaktda deyil.
  4. Əmin olun ki, akkumulyator 12-volt enerjiyə malikdir və mənfi hissəsi bağlıdır.
  5. Lazım olmayan bütün elektik yüklərini söndürün.
  6. Mühərrik kapotunu açın və mühərrik bölməsindəki ön sərnişin oturacağı tərəfindəki mühərrik qapağını çıxarın.
    *Akkumulyatorun yeri avtomobilinizin maketindən və modelindən asılıdır. Bəziləri hətta çəkməcədə və ya oturacaqların altında ola bilər.
  7. Akkumulyatorun qoruyusunu açın, müsbət hissənin qapağı motor qutusu hissəsində, mənfi hissə isə kuza hissəyə tərəf olur.
  8. Enerji naqilinin bir qutaracağını (qırmızı, müsbət başlıq) enerji yığacaq avtomobilin müsbət hissəsinə taxın.
  9. Digər qurtaracağını enerji verəcək akkumulyatorun (qırmızı, müsbət başlıq) müsbət hissəsinə taxın.
  10. Enerji naqilinin bir qutaracağını (qara, mənfi başlıq) enerji yığacaq avtomobilin mənfi hissəsinə taxın, Digər qurtaracağını enerji verəcək akkumulyatorun (qara, mənfi başlıq) mənfi hissəsinə taxın.
  11. Avtomobilin mühərrikini işə salın və enerji naqilinin ölü akkumulyatora enerji ötürməsini gözləyin. Bir neçə saniyə gözləyin ki, enerji yığsın.
  12. Akkumulyator enerji yığdıqdan sonra, enerji naqilini avtomobildən ayırın (əvvəlcə qara, mənfi olan naqil, daha sonra qırmızı, müsbət olan). Lakin əmin olun ki, naqillər bir birinə toxunmur.
  13. Avtomobili 20 dəqiqə ərzində idarə edin ki, akkumulyator gücünü bərpa etsin. 

Akkumulyatoru doldurmaq üçün əsas təlimatları yerinə yetirin:

  1. Əmin olun ki, akkumulyator aktiv vəziyyətdə deyil.
  2. Müsbət və mənfi kabelləri akkumulyatorun müvafiq hissələrinə yerləşdirin və mənbəyə qoşun.
  3. Dolum sürətini ən yavaş dərəcə ilə tənzimləmək şərti ilə yandırın və vaxt qoşun. Akkumulyator voltunda asılı olaraq, onun dolma zamanı 6-12 saat arasında dəyişə bilər.
  4. İşiniz bitdikdən sonar akkumulyator dolumunu sonlandırın və söndürün.
  5. İlk öncə mənfi naqili, sonra isə müsbəti ayırmaq şərti ilə terminallardan ayırın.