Məkan
Rahatlıq üçün yer yaradın

Picanto-nun geniş salonu sizi təəccübləndirəcək. Həm ön, həm də arxa oturacaqlarda tavanadək kifayət qədər məsafə və ayaqlar üçün geniş yer mövcuddur. Rahatlığı ilə seçilən oturacaqlar sayəsində yol boyu rahatlığınız təmin olunur.

Baqaj bölməsinin döşəməsi qatlanmış oturacaq arxaları ilə tam səviyyədə düzləşir və əşyalarınızı göz önündən uzaqda təhlükəsiz saxlamaq üçün aşağıda əlverişli bir yer təqdim edir.

Arxa oturacaqlar 60:40 nisbətində bölünür və tamamilə qatlanır, bu da sərnişinləri və yükü ən uyğun şəkildə yerləşdirmək üçün sizə müxtəlif seçimlər təqdim edir.
Məkan
Rahatlıq üçün yer yaradın
Rahatlıq
Artırılmış komfortun dadını çıxarın

Sərnişin oturacağının arxa hissəsində yerləşən cib müxtəlif kiçik əşyaları saxlamaq üçün əlavə rahatlıq təmin edir.

Rahat yerdə yerləşən USB şarj bölməsi sürücüyə və sərnişinlərə uyğun smartfonları, planşetləri və oyun qurğularını tez bir zamanda şarj etməyə imkan verir.

Oturacaqlara inteqrasiya edilmiş ventilyasiya fanları daha komfortlu bir idarəetmə mühiti yaradır.
Rahatlıq
Artırılmış komfortun dadını çıxarın
Təhlükəsizlik
Sizi qoruyan idarəetmə texnologiyası

RCCA, avtomobili geri sürərkən sağdan və ya soldan yaxınlaşan avtomobillərlə toqquşma riski yarandıqda xəbərdarlıq edir. Əgər xəbərdarlıqdan sonra risk artarsa, sistem avtomatik olaraq təcili əyləcləmə ilə müdaxilə edir.

Zolaq dəyişmək üçün dönmə siqnalı yandırıldıqda, BCA arxa yandakı avtomobillə toqquşma riski aşkar edərsə xəbərdarlıq edir. Paralel parkdan çıxarkən arxadan yaxınlaşan avtomobil aşkar edildikdə, sistem avtomatik olaraq təcili əyləcləmə ilə müdaxilə edir.

Parklama zamanı təhlükəsizliyiniz və inamınız üçün, PDW arxa bamperlərdə quraşdırılmış ultrasəs sensorlarından istifadə edərək maneələri aşkar edir və xəbərdarlıq edir. Bu, dar yerlərə manevr edərkən təkərləri düzgün istiqamətləndirməyə kömək edir.
Təhlükəsizlik
Sizi qoruyan idarəetmə texnologiyası
İnkişaf etmiş texnologiya
Ağıllı idarəetmə üçün hazırlanıb
-
Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
-
Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60