Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Kia Seltos nə deməkdir?

Kia Seltos nə deməkdir?

"Celtos" əfsanəsindən ilhamlanaraq adlandırılmış Kia-nın ilk orta ölçülü SUV modeli Seltos, Celtosun cəsur və qətiyyətli ruhunu ifadə edir. Baş hərf isə sürət və sport mənasını əks etdirən "S"-lə əvəzlənmişdir.

Kia-nın orta ölçülü SUV-si yəni SP2i konseptinin kütləvi istehsal modeli ilk dəfə 2018-ci il Auto Expo-da nümayiş olunub. 

2019-cu ildə Kia, modelin adını qədim Yunan mifologiyasının əfsanəvi qəhrəmanı Heraklın oğlu Celtosdan ilhamlanaraq Seltos olacağını elan etdi.  

Hekayəyə görə Heraklın Seltik kralı Bretannosun qızı Seltinlə Celtos adlı oğlu var imiş. Celtos Seltlərin əcdadıdır. Model Celtosun cəsur və qətiyyətli ruhunu əks etdirməklə yanaşı avtomobilin adaptasiya olunmuş adındakı "S" hərfi isə sürət və sport mənasını ifadə edir. 

Kia Seltos 1,5L benzin və 1,5L dizel mühərriklə təchiz edilib.  

Sürücülər avtomat və ya mexaniki sürət qutusunu seçə bilər. 

Seltosun idman versiyası 7 pilləli ikili muftalı sürət qutusu ilə birləşdiirlmiş 1,4L turbo-benzin mühərriklə təchiz olunub.