Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Elektrik avtomobilləri necə enerji yığır?

Elektrik avtomobilləri necə enerji yığır?

"Bir elektrik avtomobili ya evdə ya da hər hansı bir enerji doldurma məntəqəsində enerji yığa bilər. Avtomobilin tam olaraq enerji yığma müddəti batareya və enerjinin alındığı mənbədən asılı olaraq dəyişir."

Bir elektrik avtomobilinə enerji təminatı həm evdə həm də hər hansısa bir enerji doldurma məntəqəsində yerinə yetirilə bilər. Avtomobilin enerji ilə tam şəkildə dolması 30 dəqiqə içində də gerçəkləşə bilər, yarım günə qədər uzana da bilər. Batareyanın tutumu və enerji alınan mənbənin performans sürəti bu prosesin gerçəkləşməsi üçün lazım olan zamanı dəyişdirə bilər. 60 kWh batareyaya malik standart elektrik avtomobilini tam boş vəziyyətdən tam dolu vəziyyətə qədər 7kW enerji mənbəyi ilə doldurmaq 8 saatdan bir qədər az müddətə gerçəkləşəcəkdir.

 

Enerji yığma sürətinə təsir edən amillər

Elektrik avtomobilinin enerji yığma sürətinə təsir edən 5 əsas amil vardır:

1. Batareya ölçüsü: Daha böyük tutumlu bir batareyanı doldurmaq üçün daha uzun zaman tələb olunur.

2. Batareyanın statusu (boş və ya dolu): Tam boş vəziyyətdən başlananan enerji təminatı yarı dolu vəziyyətdən başlanan enerji təminatından (təbii ki) daha uzun çəkəcəkdir.

3. Avtomobilin maksimum enerji yığma sürəti: Enerji yığma sürəti avtomobilin maksimum enerji yığma sürəti ilə limitlidir. Bu o deməkdir ki, enerji alınan mənbənin enerji yığma sürəti avtomobilin enerji yığma sürətindən daha sürətli olsa belə, bu məhdudiyyət səbəbi ilə mənbənin sürətindən tam şəkildə istifadə mümkünsüzdür.

4. Enerji mənbəsinin maksimum enerji yığma sürəti: Enerji yığma sürəti həmçinin mənbənin enerji yığma sürəti ilə də məhduddur. Enerji yığma sürəti avtomobilinizin enerji yığma sürətindən daha az olan mənbədən enerji almaq tövsiyyə olunmur.

5. Havanın vəziyyəti: Temperaturun daha aşağı olduğu şəraitdə, əsasən də sürətli enerji cihazı istifadə edərkən, enerji yığma prosesi daha uzun çəkəcəkdir. Həmçinin, sizin avtomobiliniz temperaturun daha aşağı olduğu şəraitdə daha az qənaətcil təsir bağışlayır. Bu da o deməkdir ki, hər enerji yığımından sonra çox da uzun səyahət məsafəsi qata bilməyəcəksiniz.