Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Kia Seltosun interyer dizaynı necədir?

Kia Seltosun interyer dizaynı necədir?

“Kia Seltos rahat displeyləri, komfortlu salonu, geniş yük yeri və nəfis audio sistemi ilə hər kəsi əyləndirmək üçün dizayn edilib.”

5 yerlik kiçik SUV Kia Seltos rahat displeyləri, komfortlu salonu, geniş yük yeri və nəfis audio sistemi ilə sözün əsl mənasında hər kəsi əyləndirən geniş və cəlbedici interyer dizayna malikdir. 

 

▶ Smart 8-düymlük Heads-up Display (HUD) və 10.25 düymlük HD sensor ekran

Gözlərin hərəkətini minimuma endirmək üçün displeylər bir birindən və qarşıdakı yoldan kiçik bucaq altında yerləşdiriliblər. 8 düymlük smart HUD təhlükəsiz idarəetməyə yardımçı olmaq üçün qalıq məsafə, sürət və kruiz kontrol kimi zəruri informasiyaları ön şüşəyə çıxarır. Naviqasiya və  UVO avtomobil texnologiyası ilə təchiz edilmiş müasir 10,25 düymlük HD sensor ekran  idarəetmə rahatlığı və təhlükəsizliyini yeni səviyyəyə daşıyır. 

 

▶ Rahat oturacaqlar və lyuk

Kia Seltosun açıq bej və qara kombinasiyalı yaxud tam qara rəngli oturacaqlarında 5 nəfər rahat əyləşə bilər. Yaxşı balanslaşdırılmış asqı hər kəs üçün rahat hərəkət təklif edir, lyuk isə salona genişlik hissi bəxş edir. 

 

▶ 433-litrlik baqaj həcmi

Arxa oturacaqlar istənilən formada yükü yerləşdirmək üçün 60:40 nisbətində yaxud tam qatlana bilir. Həmçinin 433 litrlik həcmi olan baqaj bölmələrini fərdi ehtiyaca uyğun tənzimləmək olar. 

 

▶ 8-dinamikli audio system

Kia Seltos bütün salonu zəngin musiqiyə qərq edəcək 8 dinamikli Bose səs sistemi ilə təchiz olunub. 

Yüksək keyfiyyətli səs sistemi qapıya quraşdırılmış 4 dinamik, 1 mərkəzi dinamik, qapıya quraşdırılmış 2 tviter və ayrıca sabvuferdən ibarətdir.  Hamısı xarici səsgücləndirici ilə birləşdirilib.