Go to content

KIA HAQQINDA AZƏRBAYCAN

MÜKAFATLAR
Representing our global design competitiveness

qızıl çarx tərəqqi

"Qızıl Çarx" mükafatı ("Tərəqqi" nominasiyası) / 2008-ci il

"Autograph" jurnalının Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası ilə birgə təsis etdiyi "Qızıl Çarx" mükafatına "Tərəqqi" nominasiyasında 2008-ci ilin nəticələrinə görə fəaliyyətində və satışlarda nail olduğu tərəqqiyə görə Kia Motors Azərbaycan şirkəti layiq görülmüşdür.

qızıl çarx tərəqqi

"Zenith Club 2009" Top Distribütor mükafatı / 2009-cu il

2009-cu ilin oktyabr ayının 21-i Maui adasında (Havay, ABŞ) Kia-nın top-distribütorlarının iştirak etdiyi "Zenith Club 2009" sammiti baş tutmuşdur. Kia Motors-un dünya üzrə ən yaxşı distribütorları siyahısına artıq Kia Motors Azərbaycan şirkətinin də adı daxil edilmişdir.

"Zenith Club" layihəsi Kia Motors tərəfindən 2005-ci ildə təsis edilmişdir. "Zenith Club"-un iştirakçıları Kia Motors korporasiyası tərəfindən distribütorların iş fəaliyyətinin 19 əsas göstəricisi – artımın dinamikası, daxili bazarda payı, satış sahəsində nailiyyətləri, satış faizi, satış prosesində göstərilən xidmətin keyfiyyəti, texniki xidmətlərin hansı səviyyədə olması və s. üzrə namizədlərin effektivliyinin obyektiv analizinə uyğun seçilir. Bu il Kia-nın ən yaxşı distribütorları sırasına Şərqi Avropa və MDB ölkələrindən olan yeganə iştrakçı - Kia Motors Azərbaycanın da adı daxil edilmişdir.

- Biz fəxr edirik ki, Kia Motors bizim fəaliyyətimizi qiymətləndirib. Bizim üçün şərəfdir ki, bu nüfuzlu klubda digər ölkələrlə yanaşı Azərbaycandan olan şirkətin də adı vardır. Bu fakt ölkəmizin uğurlarını, iqtisadiyyatının dinamik inkşafını bir daha sübut edir. Keçən il biz avtomobillərin (Rusiya istehsalı avtomobilləri nəzərə almamaq şərtiylə) ümumi satış həcminə görə ikinci yeri tutmağa müvəffəq olduq. Biz Kia markasının Azərbaycanda tanınmasını və şöhrət qazanmasını təmin edə bildik. Keçən il Avtomobil Dilerləri Assosasiyası bizi "Tərəqqi" nominasiyasında dinamik artım və markanın bazardakı payının artmasına görə "Qızıl Çarx" mükafatı ilə təltif etdi. Bütün bunları biz yalnız 3 illik fəaliyyətimiz nəticəsində əldə etmişik və əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik. Biz bundan sonra da yeni-yeni uğurlara imza atmaq və Kia-nın devizində olduğu kimi - heyrətləndirmək bacarığını inkişaf etdirmək fikrindəyik, - deyə "Zenith Club 2009"-un Maui adasında keçirilən mükafatlandırma mərasimində iştirak edən Kia Motors Azərbaycan şirkətinin prezidenti Faiq Səfərov bildirdi.

qızıl çarx tərəqqi

"Ən Uğurlu Distribütor" / 2011-ci il

17-18 may 2011-ci il tarixində İstanbulda Kia Motors-un MDB (Rusiyadan başqa) və Şərqi Avropa regionu üzrə distribütorların toplantısı keçirilmişdir. İki ildən bir keçirilən bu tədbirdə Kia-nın ölkələrdə satışı, inkişaf perspektivləri, ayrı-ayrı distribütorların nailiyyətləri müzakirə olunur, fərqlənən distribütorlar isə mükafatlandırılır. Bu ilin birinci kvartalının nəticələrinə görə Kia Motors Azərbaycan şirkəti MDB və Şərqi Avropa regionunda ən yüksək artım göstəricilərinə malik distribütor elan olundu və mükafatlandırıldı. Mükafatı Kia Motors Azərbaycan şirkətinin prezidenti cənab Faiq Səfərova Kia Motors Korporasiyasının vitse-prezidenti cənab Kenni Li (Kenny Lee) və Kia Motors-un MDB və Şərqi Avropa regionu üzrə prezidenti cənab Yanq Ho-Son (Yang Ho-Son) təqdim etdilər.

qızıl çarx tərəqqi

"Qızıl Çarx" mükafatı ("İlin Minik Avtomobili" nominasiyası. Optima) / 2011-ci il

22-24 iyul 2011-ci il tarixində Nabranda keçirilən Caspian Motor Show 2011 sərgisində Optima Azərbaycanda "İlin Minik Avtomobili" adına layiq görüldü, "Qızıl Çarx" mükafatı Kia Motors Azərbaycan şirkətinə təqdim olundu.

qızıl çarx tərəqqi

"Qızıl Çarx" mükafatı ("İlin Dileri (Distribütoru)" nominasiyası) / 2012-ci il

13-15 iyul 2012-ci il tarixində Nabranda keçirilən Caspian Motor Show 2012 sərgisində Kia Motors Azərbaycan "İlin Dileri (Distribütoru)" adına layiq görüldü.