Qarşılayın, Yeni Rio X-Line
Sürət, hetçbek rahatlığı və şəhər krossover enerjisinin inanılmaz sintezi yeni KIA Rio X-Line-da birləşdi. Möhtəşəm eksteryer, geniş və rahat interyer, yüksək klirens yeni Rio X-Line-ı şəhər daxilində və xaricində universal bir avtomobil olaraq şəkilləndirir.
EKSTERYER
Güzəştsiz seçim
Əsl krossover xüsusiyyətinə malik sürətli hetçbek
Çox yönlü xarakter
Həyatınızın hər bir günü yüksək əhval-ruhiyyədə olmağa hazır olun, çünki Kia Rio X-Line modelində hər detala diqqət sizi bu gözəlliyə laqeyd qoymayacaq.
Sizin əhvalınız hər gün X-Line-dır
Yeni X-Line-ın dinamik təbiəti və qeyri-adi görünüşü ilə siz daima başqalarının maraq dolu baxışlarını cəlb edəcəksiniz.
-
Bifunksiyalı proyeksiya tipli faralar
Daha artıq işıqlandırmaya malik bifunksiyalı proyeksiya tipli faralar maneələri və qarşıdakı yolu daha aydın görməyə imkan verir. -
Arxa LED fənərlər
Arxa fənərlərin özünəməxsus dizaynı avtomobilin arxa görünüşünü daha dəbli və müasir göstərir. Parlaq işıqlar sayəsində ən günəşli hava da belə kütlədən seçiləcəksiniz.
-
Duman əleyhinə ön faralar
Duman əleyhinə ön faralar həm eksteryerə gözəllik qatır, həm də təhlükəsizliyinizi təmin edir. -
Yüngül xəlitəli disklər
Rio X-Line 16-düymlük yüngül xəlitəli disklərlə təchiz olunub. -
Yük qövsləri
Böyük idman avadanlıqlarınızı da özünüzlə rahatca daşıya biləcəksiniz. Damdakı yük qövsləri əlavə avadanlıqların daşınmasını asanlaşdırır.
İnteryer
Detallarda mükəmməllik
Yeni KIA Rio X-Line-in daxili görünüşü öz unikallığı ilə fərqlənir. Rahat interyer bütün müasir tələblərə cavab verir, materialların keyfiyyəti və davamlılığı isə hər bir sürücünü məmnun edir.
-
Mühərriki işə salma düyməsi
Açarı cibinizdən və ya çantanızdan çıxarmağa vaxt sərf etməyə ehtiyac yoxdur. Yeni Rio X-Line-ın qapısını açıb-bağlamaq eləcə də mühərriki işə salmaq üçün açarı cibinizdə saxlamaq kifayətdir. -
İqlimə nəzarət sistemi
Dəbli dizayna və mükəmməl erqonomikaya malik iqlimə nəzarət sistemi ilə Rio X-line-ın salonunda temperaturu istəyinizə uyğun tənzimləyəcəksiniz. -
Erqonomika və məkan
Yeni Kia Rio X-Line-ın interyeri istənilən şəraitdə səyahətlər üçün olduqca əlverişli və rahatdır. Oturacaqların mükəmməl profili uzun səyahətlərdə belə sərnişinlərin rahatlığını təmin edir. -
Çoxfunksiyalı sükan
Dəri örtüklü rahat sükan üzərində multimedia, Bluetooth və s. sistemlərin idarəetmə düymələri yerləşdirilib.
-
Sükanın isidilməsi
İsti sükan - qışın əsl həzzi! Bu seçim ilə avtomobilin idarə edilməsi daha rahat və əlverişlidir. -
Ön oturacaqların isidilməsi
Soyuq bir gündə isti avtomobildə oturmaqdan daha gözəl nə ola bilər? Avtomobil özü donmuş olsa belə oturacaqlar bir neçə dəqiqə ərzində isinəcəkdir. -
Arxa oturacaqların isidilməsi
Bu funksiya sərnişinlərinizə özlərini evdəki kimi rahat hiss etdirəcəkdir.
PRAKTİKLİK
Göründüyündən daha geniş.
Tam qatlanan oturacaqlaRLA özünüzü məhdudlaşdırmayacaq və səyahətə nə aparacağınızı düşünməyəcəksiniz.
-
Qatlanan arxa oturacaqlar
60/40 nisbətində qatlanan arxa oturacaqlar daşıdığınız yükə uyğun olaraq salonu asanlıqla uyğunlaşdırmağınıza imkan verir. -
Geniş baqaj həcmi
X-Line-ın geniş baqaj həcmi (390 litr) avtomobilin sahibini heyrətləndirməyə iddialıdır. Siz hətta ən böyük yüklərinizi belə rahatlqla yerləşdirə bilərsiniz.
Dinamika və rahatlıq
Hansı yollarla səyahət etdiyinizdən asılı olmayaraq hər səfərinizi rahat, təhlükəsiz və qənaətcil etmək üçün əlimizdən gələni etdik. Yüksək texnoloji transmissiyaya malik 2 müxtəlif mühərrik seçimi, eləcə də rahat və etibarlı sürüş üçün mükəmməl balanslaşdırılmış, xüsusi layihələndirilmiş asqı həm qısa, həm də uzun səfərlərdə sizə inamlı təsir bağışlayacaqdır.
TƏHLÜKƏSİZLİK
Avtomobilin sabitliyinə nəzarət sistemi (VSM)
VSM özündə bir sıra təhlükəsizlik sistemlərini birləşdirən çətin yol şəraitində etibarlı sürücü köməkçisi rolunu oynayır.
-
Təhlükəsizlik - əsas prioritetimizdir
Yeni Rio X-Line-ın kuzov konstruksiyasının 50%-dən çoxu yüksək davamlılığa malik AHHS poladdan ibarətdir. Bundan əlavə avtomobil 6 təhlükəsizlik yastığı ilə təchiz olunub. -
ISOFIX bərkitmə
Balaca sərnişinləri belə ISOFIX bərkitmə sistemi ilə uzun səyahətlərdə rahatlıqla yanınızda apara biləcəksiniz. İkinci cərgədəki geniş ərazi sayəsində uşaq oturacağını rahatlıqla yerləşdirmək mümkündür. -
Arxa görüntü kamerası
Baqaj qapısına quraşdırılmış genişbucaqlı kamera geriyə hərəkət zamanı avtomobilin arxa hissəsindəki ərazini multimedia siteminin displeyində əks etməklə sürücünün hər şeydən xəbərdar olmasını təmin edir.
- Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050, 051, 055, 070) 303 60 60