Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Car trim nə anlama gəlir?

Car trim nə anlama gəlir?

"Car trim hər hansı bir modelin xüsusi konfiqurasiyaya malik modelinə deyilir və adətən xüsusi bir adla işarələnir."

"Trim" hərfi mənada avtomobilinizin konfiqurasiya mənasına gəlsə də trim level (trim package) xüsusi konfiqurasiyaya malik  bir modelin növünə deyilir. Fərqli trim səviyyələri, performans, texnologiya və təhlükəsizlik üzrə seçimlərdən əlavə olaraq, bir modelin interyer və eksteryer hissələri üzrə də bir çox seçimləri qarşınıza qoyur. Bir çox istehsalçılar müştərilərə bir çox trim seçimləri təklif etsələr də bəzi modellər yalnız bir konfiqurasiya ilə təklif olunur. Trim səviyyələri arasındakı fərqləri bilmək sizin daha doğru bir seçim etmənizə kömək olacaqdır.

Avtomobil seçimlərini hərfi işarələrlə adlandırmasına ilk dəfə 1980-ci illərin başlarında başlanılmışdır. Base, mid və high-end ən geniş istifadə olunan trim səviyyələridir, lakin bəzi istehsalçılar trim səviyyələrini fərqləndirmək üçün xüsusi hərf kombinasiyalarından istifadə etməyi seçirlər. Bu işarələr avtomobilin arxasında, əsasən avtomobilin modelinin adının yanında yerləşir.

 

Hər bir istehsalçının fərqli trim səviyyələrinə uyğun özünə məxsus hərf kombinasiyaları var. Bu adlandırma fərqli marketlərə görə dəyişə bilər. Bəzi geniş istifadə olunan adlara aşağıdakıları misal göstərmək olar:

 

● CE: Classic/Custom edition

● D/DL/DX: Deluxe

● EX/X: Extra

● GL: Grade level

● GLE: Grade Level Extra

● GT: Grand Touring

● LE/LX: Luxury

● LTD: Limited

● S: Sport/Special/Standard

● SE: Sport edition/Special edition/Special equipment

● SL: Standard level

● T: Touring edition