Go to content
  1. Home>
  2. Discover kia>
  3. ASK>
  4. Avtomobilinizin salonunu necə təmizləyə bilərsiniz?

Avtomobilinizin salonunu necə təmizləyə bilərsiniz?

"Tozsoranlamaq, qoxudan təmizləmək, silmək, fırça ilə sürtmək, parlatmaq. Avtomobilin doğru hissələri üçün doğru vasitələr istifadə etdiyinizdən əmin olun və mükəmməl nəticə üçün bunu davamlı olaraq yerinə yetirin."

Bir çox sürücülər avtomobilin xarici görünüşünün təmizliyinə fikir verir, salonunun təmizliyinə diqqət yetirmirlər. Professional təmizlik baha qiymətə başa gələ bilər, lakin bu sadə proseduru özünüz həyata keçirərək pulunuzu cibinizdə saxlaya bilərsiniz. Avtomobilinizin həm daxilini həm də xaricini təmiz tutmaq avtomobil hissələrinin sıradan çıxmasının qarşısını almaqdan əlavə, avtomobilinizi satacağınız təqdirdə onun dəyərini də artırmış olur.

Döşəmə örtükləri avtomobilin adətən ən çirkli hissələri olduğundan salonun təmizliyinə də onlardan başlamaq  məqsədəuyğunudur. Təbii ki, avtomobilin oturacaqları və sükanı çox çirklidirsə döşəmə örtüklərini sona saxlamaq tövsiyə olunur, çünki, əks təqdirdə oturacaq və sükanın təmizliyi zamanı döşəmə yenidən çirklənəcəkdir. Döşəmədəki hər cür zibil qalığını almağı unutmayın, oturacaqları önə və arxaya çəkərək hər yeri təmizlədiyinizdən əmin olun.

 

Xalça örtük

✔ Oturacaqların ətrafındakı aralıq və boşluqları da təmizləmək üçün fərqli başlıqlar istifadə edərək xalça örtüyü   tozsoranlayın.

✔ Seçdiyiniz xalça təmizləyici köpük ilə xalça örtüyə buxar təmizliyi edin.

✔ Nəm örtüyün kiflənməsinə yol aça bilər, buna görə də xalça örtüyü çox yaş etməyin. Çox yaş olduğu təqdirdə təmiz və hopdurucu dəsmal ilə qurudun.

✔ Qalıcı ləkələr üçün xüsusi və çox güclü məhsullar istifadə edin.

✔ Saqqız kimi öyrəşilməyən qalıqlara qarşı ümumi metodları istifadə edin. Saqqızı təmizləmək üçün saqqız bərkləşənə qədər bir neçə dəqiqə onu buz ilə sürtün və bərkləşdikdən sonra ehtiyatla xalça örtük üzərindən dartıb götürün.

 

Rezin örtük

✔ Örtükləri avtomobildən çıxarın və bütün çirkləri, əsasən də dərin aralarda ilişənləri silkələyərək təmizləyin.

✔ Örtük üzərindəki araları təmizlənənə qədər tozsoranlayın, sonra, təzyiqli su ilə yerdə qalan tozları da götürün. Açıq havada tam şəkildə quruduğundan əmin olun.

✔ Səthi yuyucu maddə ilə təmizlədiyiniz təqdirdə örtüyün yapışqan və sürüşkən olmasına imkan yaratmamaq üçün su ilə yuduğunuza əmin olun.

Oturacaqları təmizləməyin yolları onun dəri, vinil və ya parça olmasına görə dəyişir. Hər hansısa bir təmizləyici vasitə istifadə etməyə başlamazdan əvvəl oturacaqları tozsoranladığınıza əmin olun.

 

Dəri səth

✔ Dəri təmizləyici maddə vurulmuş dəsmal istifadə edin.

✔ Mikrofiber parça ilə oturacaqları qurudun.

✔ Səthi tamamilə qurutduqdan sonra dəri qoruyucu istifadə edin.

 

Vinil səth

✔ Bir çox vasitəni vinil səth üzərində istifadə etmək mümkündür, lakin  hər ehtimala qarşı məhsulların üzərini oxuyaraq vinil səth üzərində istifadəyə uyğun olduqlarını yoxlayın.

✔ Təmizləyici vasitəni oturacağın üzərinə sıxın və parça ilə silib qurudun.

 

Parça səth

✔ Qalıcı ləkələr üçün xüsusi ləkə təmizləyicilər istifadə edin.

✔ Oturacaqları çox yaş etməkdən çəkinin çünki parça normadan artıq nəm hopdurduğu təqdirdə tam şəkildə qurumayacaq və kif iyi verəcək.

✔ Hər ehtimala qarşı səthin üzərinə bir qədər qabartma tozu səpərək bir neçə saat gözlədin, sonra isə təmiz və gözəl qoxu üçün tozsoranla onları təmizləyin.

Ön panel avtomobil salonunun ən çox diqqət çəkən hissəsi olsa da düymələr, havalandırma dəlikləri və digər xırda parçalara görə salonun təmizlənməsi çətin başa gəlir, lakin doğru alətlərlə bu prosesi sadələşdirmək mümkündür.

 

Sükan paneli

✔Hər hansısa bir təmizləyici vasitə istifadə etməzdən öncə başdan başa tozsoranlayın, sükanın əl çatmaz nöqtələrini də təmizləməyə çalışın.

✔ Sükan materialının günəş işığına məruz qalaraq rənginin solğunlaşmasından və ya üzərində çatlar əmələ gəlməsindən qorumaq üçün salon örtüyü seçimi edin.

 

Konsol paneli

✔ Düz başlıqlı vintaçanın ucunu parça ilə örtüb konsol panelindəki incə aralıqları təmizləməkdə istifadə edin. Parça nə qədər incə olarsa nəticə də bir o qədər effektiv olacaqdır. Alternativ olaraq, plastik bıçağın ətrafını pambıqla örtə bilərsiniz.

 

Havalandırma dəlikləri

✔ Havalandırma dəliklərini təmizləmək çətin olmasa da çox yorucudur. Yumşaq və uzun tükcüklü fırça istifadə edərək bacardığınız qədər çox toz təmizləyin. İşi sonlandırmaq üçün isə təzyiqli hava istifadə edə bilərsiniz.

Bir çox avtomobildə qapı panelinin materialı salonun digər hissələrinin materialları ilə eynilik təşkil edir. Bu məlumatı qapı paneli üçün edəcəyiniz təmizləyici vasitə seçimində istifadə edin.

 

Qapı panelindəki stəkan qabını və digər açıq hissələri görməzdən gəlməyin, çünki avtomobilinizdəki ən çirkli yerlərdən biri həmin yerlər ola bilər. Hər hansısa bir kimyəvi təmizləyici vasitə istifadə etməzdən əvvəl bütün əşyaları götürün və tozsoranlayın. 

Qalıcı qoxuları aradan qaldırmaq çox çətin ola bilir. Təmizləyici vasitə almazdan öncə qoxunun mənbəyinin yox olduğuna əmin olun.

 

Siqaret istifadə edirsinizsə və ya davamlı olaraq ev heyvanları ilə səyahət edirsinizsə avtomobilinizin salonunun gözəl qoxmasını təmin etmək daha çətin olacaq. Arxanı göstərən güzgüyə qoxu təmizləyici asın və ya oturacağınızın altına içində kömür yerləşdirilmiş plastik qutu yerləşdirin. Bu, xoşagəlməz qoxuları aradan qaldırmaq üçün ideal üsuldur.