Go to content
Şəhərin kompakt qəhramanı

Şəhərin kompakt qəhramanı


    • BAŞLAYIR  
    • MÜHƏRRİK HƏCMİ 1200 kub. sm
    • MAKSİMUM GÜC 84 a. g.
    • ZƏMANƏT 5 il və ya 150.000 km

    Eksteryer

    Şəhər gənclərə məxsusdur

    Şəhər gənclərə məxsusdur

    Əgər şəhər sizə cavanlıq və gümrahıq hissi bəxş edirsə və siz yeni yerləri kəşf etməyə hazırsınızsa, deməli Picanto sizin yol yoldaşınız olmağa qadirdir. Kiçik ola bilər, amma içərisi geniş və maraqlı ideyalarla doludur.
    Hər zaman dəbdə

    Hər zaman dəbdə

    Ən gəzməli və görməli yer haradadır? Çox güman ki, Picanto-nun olduğu yerdən uzaq deyil. Cəlbedici cizgiləri və xarizması ilə diqqət mərkəzində olmaqdan zövq alın.

    İnteryer

    Sizi qarşılayacaq gərçək dəb

    Sizi qarşılayacaq gərçək dəb

    Picanto-nun gözoxşayan ön paneli idarəetmə, əyləncə və iqlimə nəzarət zonalarına bölünüb. Geniş, işıqlı və müasir görünüşlü interyer intuitivliyi ilə seçilir.
    Genişdir. Arxayın olun.

    Genişdir. Arxayın olun.

    Kiçik bir avtomobildir, lakin həm tavanın hündürlüyü, həm salonun eni, həm ayaqlar üçün bol yer və hətta ön oturacaqlar arasındakı dirsəkaltı Picanto-nun komforta ciddi yanaşdığını vurğulayır.

    Əsas məqamlar

    Şəhər həyatı uyğunlaşmağı tələb edir

    Sərnişinləri, baqajı və ya hər ikisini daşımaq lazımdır? Picanto sizi seçim qarşısında qoymayacaq. Alış-verişdən və dostlarınızla yol gəzintisindən zövq alın.

    Performans

    Həqiqətən etibarlı bir performans

    Etibarlı, səmərəli və lazım gəldikdə hətta əyləncəli ola bilən Picanto-nun mühərrik və transmissiyası sizi həyat səyahəti boyunca əminliklə təmin edəcəklər.

    Təhlükəsizlik

    Yüksək möhkəmliyə malik polad (AHSS) və isti ştamplanmış polad

    Picanto-da istifadə olunan poladın 44%-dən çoxu yüksək möhkəmliyə malik polad (AHSS) olduğundan, konstruksiyanın fenomenal sərtliyi əldə olunub. Ən yüklənmiş zonalarda isə isti ştamplanmış polad komponentlər tətbiq olunur. Nəticədə kuzovun dartınmaya qarşı orta davamlılığı əhəmiyyətli dərəcədə artmış, bu isə daha möhkəm salon və daha yüksək dinamik performans deməkdir.
    • Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
    • Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
      Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60