Go to content
ŞIRKƏT HAQQINDA
A Pleasant experience of making a car in you imagination a reality

Kia Azərbaycan 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. Ölkəmizin yerli iqlimi, avtomobil yollarının vəziyyəti, yanacağın tərkibi və avtomobilin uzun ömürlü olması üçün zəruri olan digər amillər Kia Korporasiyasının mütəxəssisləri tərəfindən dəqiqliklə araşdırıldıqdan sonra 2006-cı ildən tam Azərbaycan Respublikasının şəraitinə uyğun istehsal olunan ilk Kia avtomobillərinin KMAz MMC tərəfindən satışına başlanmışdır.

2008-ci ildə artıq KMAz MMC yerli bazarda böyük populyarlıq qazanaraq, satış həcminə görə ikinci sırada yer almışdır. Belə uğurlu inkişafın səbəbləri Kia avtomobillərinin dizayn və keyfiyyəti ilə yanaşı KMAz MMC-nin öz müştərilərinə satış və satışdan sonrakı müddətdə yüksək səviyyəli xidmət göstərməsidir.

KMAz MMC-nin hal hazırda Bakı şəhərində 4, Gəncə və Sumqayıtda isə bir filialı fəaliyyət göstərir. Rəsmi distribütor olaraq Kia Azərbaycan həmçinin, orijinal ehtiyat hissələri, aksesuarlar, S-Oil mühərrik yağları və texniki xidmət təklif edir. Şirkətin məqsədi bütün ölkə ərazisində rəsmi şəkildə təsdiqlənmiş, yüksək səviyyədə xidmət göstərən və Kia markasının imicini yüksəklərdə saxlaya bilən servis və satış mərkəzləri açmaqdır.

Kia Azərbaycan yerli bazarda sərnişin avtomobillərinin geniş model sırasını təqdim edir. Bunlar – Rio, Cerato, Ceed, Ceed SW, ProCeed, Optima, Stinger, K-2700, Carnival, Soul, Sportage, Sorento, Seltos və K900 modelləridir. Bütün modellərə 5 il və ya 150.000 km zəmanət verilir.

Kia Azərbaycan şirkətinin əsas hədəfi Kia-nın devizi olan "Heyrətləndirmək bacarığı ilə" şuarına əməl edərək öz müştərilərinə günü-gündən daha yüksək və keyfiyyətli xidmət göstərməklə müştərilərini hər zaman heyrətləndirməkdir.