Go to content
Praktikliklə üslubun mükəmməl vəhdəti

Praktikliklə üslubun mükəmməl vəhdəti

Üstün funksionallıqla gözoxşayan eksteryerin vəhdətini axtarırsınız?
Axtarmağa ehtiyac yoxdur. Cerato-nun 5 qapılı versiyası artıq satışdadır.

    • BAŞLAYIR 32.400 AZN-dən
    • MÜHƏRRİK HƏCMİ 1591
    • MAKSİMUM GÜC 130 a.g / 6300
      dövr / dəq
    • ZƏMANƏT 5 il və ya 150.000 km

    Eksteryer

    Sadəcə bir toxunuş kifayətdir

    Sadəcə bir toxunuş kifayətdir

    Baqaj bölməsinin qapısını açın və çoxfunksionallıq və genişliyin yeni standartı ilə tanış olun. Cerato 5-qapılı uzun ailə səfərlərindən tutmuş əyləncəli şəhər gecələrinə kimi hər bir səyahət üçün mükəmməl yoldaşdır.
    Praktikliklə üslubun mükəmməl vəhdəti

    Praktikliklə üslubun mükəmməl vəhdəti

    Üstün funksionallıqla gözoxşayan eksteryerin vəhdətini axtarırsınız?
    Axtarmağa ehtiyac yoxdur. Cerato-nun 5 qapılı versiyası artıq satışdadır.

    İnteryer

    İlin 365 günü rahat şərait

    Təkmilləşdirilmiş klimat-kontrol sistemi bütün il boyu hər bir səfər zamanı sizin və sərnişinlərinizin dincəlməsi deməkdir. Sükan çarxı və oturacaqların isidilməsi soyuq havalarda rahatlığınızı təmin edərkən avtomatik kondisioner və ventilyasiyalı sürücü oturacağı havanın hərarəti yüksək olduqda sizi sərin saxlayacaq. Ön şüşədə kondensasiya aşkar edildikdə, o avtomatik aradan qaldırılır və kondisionerin ionlaşdırıcısı avtomobilin salonuna daxil olan havanın təmiz və qoxusuz olmasını təmin edir.

    Xüsusiyyətlər

    Beş qapı, sonsuz imkanlar

    Geniş salon və oturacaqların müxtəlif cür yığılma imkanları sərnişinlərin rahatlığını pozmadan istənilən yükü daşımaq imkanı verir.

    Performans

    Gamma 1.6 mpi

    Maksimal Güc: 130 at gücü @ 6 300 dövr/dəq Maksimal fırlanma anı: 16,0 kq·m @ 4 850 dövr/dəq

    Təhlükəsizlik

    6 hava yastığı sistemi

    Yeni Cerato-nun təhlükəsizlik sisteminə sürücü və ön oturacaq sərnişini üçün hava yastığı, yan hava yastıqları və bütün salonboyu uzanan pərdə tipli yastıqlar daxildir.
    • Şəkillər sadəcə məlumatlandırıcı xarakter daşıyır. Opsiyaların mövcudluğu avtomobilin təchizatından asılıdır.
    • Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Motors Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050, 051, 055, 070) 303 60 60