Go to content
  1. Home>
  2. MƏLUMAT>
  3. Sponsorluq

Sponsorluq

KIA, İDMANIN ƏSAS SPONSORU

İdman Sponsorluğu

Australian Open

Kia Motors Korporasiyası bir neçə ildir ki, idman oyunlarına sponsorluğunun miqyasını genişləndirir. Gənc sürücülərə həyəcan və fərqlilik bəxş etmək üçün çalışan Kia, özünü daha çox idmana dəstək olan brendi kimi formalaşdırır.

Nadalın Sponsorluğu

2006-cı ildən bəri ispaniyalı gənc tennis sensasiyası Rafael Nadal Kia Motors Korporasiyasının qlobal brend səfiri kimi fəaliyyət göstərir. Bu səfirlik missiyası vasitəsilə Nadal və Kia, Kia-nın "Heyrətləndirmək Bacarığı ilə" şüarını dünyada təbliğ etmək üçün komanda şəklində birləşib.

FIFA Sponsorluğu

FİFA partnyoru kimi, Kia Motors öz geniş çeşidli model sırasından rəsmi avtomobillər ayırmaqla FİFA-ya və onun təşkil etdiyi tədbirlərə dəstək olur və müxtəlif marketing aksiyaları və stadionlarda yerləşdirilən reklam lövhələri vasitəsilə brendin tanınmasını təmin edir.

UEFA AVRO

Kia Motors Korporasiyası Hyundai Motor Company ilə birlikdə 2006-cı ildən 2017-ci ilə qədər UEFA-nın (Avropa Futbol Assosiasiyaları Birliyi) prestijli qlobal AVROTOP Tərəfdaşlarından biri olmuşdur.

Oxatma üzrə Dünya Kuboku

Oxatma üzrə beynəlxalq idarəedici orqan baş ofisi İsveçrədə yerləşən Dünya Oxatma Federasiyasıdır (WAF). WAF, Olimpiya prinsiplərinə müvafiq olaraq 140-dan çox Üzv Assosiasiyalar ilə dünya üzrə oxatma idman növünün inkişafına və təbliğinə xidmət edir.

Kia Dünya Ekstrim Oyunları

Ardıcıl səkkizinci ildir ki, Kia Motors dünya üzrə idman və avtomobil həvəskarları arasında böyük rəğbət doğuran Kia Dünya Ekstrim Oyunlarının (əvvəllər "Kia X Oyunları Asiya" adlanırdı) baş sponsorudur.