Go to content

İNNOVASIYA TARIXI

PERFORMANS
Optimallaşdırılmış balans performansı artıra bilər

Mühərrik

Avtomobilin performansı mühərrikdən asılıdır. Kia Motors yanacağa qənaət edən lakin avtomobilin ölçü və istismar məqsədinə uyğun performans ortaya qoyan mühərriklər istehsal edir.

İstənilən şəraitdə işləmək gücünə malik mühərriklər

Mühərrikləri avtomobillərimizdə istifadə etməmişdən öncə onları avtomobilin ola biləcəyi mümkün ən isti, soyuq və hündür yerlərdə ciddi sınaqlardan keçiririk.
  • Switzerland : Winter -20℃ / 2,300m
  • Spain : Summer 48℃ / 4,350m
  • Sweden : Winter -30℃
  • China : Summer 39℃ / Winter -35℃ / 4,767m
  • Austraila : Summer 40℃ / 1,800m
  • United States : Summer 48℃ / Winter -35℃ / 4,350m
  • Equador : Summer 25℃ / 4,500m
  • Brazil : Summer 35℃

Arxa ötürücülü idarəetmə platforması

Arxa ötürücülü idarəetmədə mühərrik avtomobilin ön hissəsində yerləşir aparıcı təkərlər isə arxa hissədə. Bu, daha stabil idarəetmə üçün çəkinin balanslı şəkildə paylanmasına kömək edir. Ön təkərlər idarəetmə, arxa təkərlər isə avtomobili hərəkətə gətirmək öhdəliyi daşıdığına görə arxa ötürücülü idarəetmə avtomobilin performansını da artırır. Bundan əlavə daha tez sürətlənmə üçün arxa təkərlərin yolla daha yaxşı ilişməsinə imkan yaradır. Arxa ötürücülü idarəetmə platformasında təkərlərarası baza uzun olduğuna görə salon daha geniş olur.
Car wheel Front

Dinamik performans innovasiyası

Kia avtomobilindəki idarəetməyə yardımçı yardımçı sistemlər sizə misli görünməmiş sürücülük təcrübəsi yaşadacaqdır.
  • Elektron 4WD
    Performansı gücləndirmək üçün ön və arxa təkərlər arasında idarəetmə gücünün paylanmasını dəyişdirən sistem.
  • Təkmilləşdirilmiş ağıllı kruiz-kontrol
    Təkmilləşdirilmiş ağıllı kruiz-kontrol (ASCC) *
    Sürücünün təyin etdiyi sürət və irəlidəki avtomobillə arada olan məsafə avtomobilin ön hissəsinə quraşdırıılmış radardan istifadə etməklə hər zaman saxlanılır.
    Sistem təhlükəsiz distansiyanı qorumaq üçün əyləci işə sala, lazım gəldikdə isə avtomobili tam dayandıra bilər.
    Əgər öndəki avtomobil durarsa, sizin avtomobil də avtomatik olaraq tam dayanacaqdır, öndəki avtomobil hərəkətə başladıqda isə avtomobiliniz də sadə manevrlərlə hərəkətə başlaya bilər.
  • Elektron Parklama Əyləci və Avtomatik Saxlama
    Bu sistemdə parklama əyləci düyməyə basmaqla işə salınır və söndürülür. Siz avtomobili işə salanda sistem avtomatik olaraq əyləci buraxır.

Davamlılıq testi

Avtomobilinizi korlamağın yeddi üsulu Avtomobillərimizi müxtəlif üsullarla korlayırıq. Avtomobillərimizin uzun müddət problemsiz xidmət göstərməsi üçün korlanmanın səbəblərini müəyyən edin və onların həlli yollarını tapın.
Ehtiyat Hissələrin Davamlılıq testi
  1. 1 Item Durability test image Hissənin Davamlılıq testi

  2. 2 Module Durability test image Modulun davamlılıq testi

Avtomobilin Davamlılıq testi
  1. 3 Belgian road test image

    Belçika yol testi
  2. 4 High speed test image

    Yüksək sürət testi
  3. 5 Corrosion test imag

    Paslanma testi
  4. 6 P/T test image

    P/T (Təzyiq və Temperatur) testi
  5. 7 General test image

    Ümumi yoxlama

Qarışıq test

Dünyanın müxtəlif yerlərində davamlılıq testləri Biz avtomobillərimizi qızğın günün olan səhra və temperaturun -40 dərəcə olduğu yerlər də daxil olmaqla, kəskin hava şəraitlərində sınaqdan keçiririk.
  • Şəhərdə test
  • Yolsuzluqda test
  • Kəskin soyuq
    şəraitdə test
  • Kəskin isti
    şəraitdə test

Sürücülük Testi

Avtomobilinizdəki istənilən xəta təhlükəsizliyinizə təsir edə bilər. Bu səbəbdən də, biz avtomobillərimizi Yer kürəsində aşkarlana bilən müxtəlif sərt şəraitlər altında davamlılıq testindən keçiririk.
  • Uzun təpəlik tol

    Uzun təpəlik tol
    Yalnız Kaliforniya Poliqonunda görə biləcəyiniz bu yol 2–12 dərəcə bucaq altında uzun diapazon boyu uzanan sınaq yoludur. Zirvədən tutmuş təpələrə kimi bütün Poliqonun görünüşü adamın nəfəsini kəsir. Kia avtomobillərinin təpəyə çıxmaq qabiliyyəti və avto kruiz kontrol rejimi burada sınaqdan keçirilir.
  • Yolsuzluq testi

    Yolsuzluq testi
    Kaliforniya Poliqonunun yolsuzluq hissəsində avtomobil sürmək səhrada avtomobil sürmək kimi bir şeydir. Sürəti artırdıqca avtomobiliniz yoldakı qumu havaya sovuranda özünüzü canini təqib edən film ulduzu kimi hiss edəcəksiniz. Bu yoldan SUV və digər 4WD avtomobillərin sınaqdan keçirilməsi üçün istifadə olunur.
  • Davamlılıq sınağı yolu

    Davamlılıq sınağı yolu
    Daha çox ABŞ-da rast gələ biləcəyiniz bir neçə səthi əhatə edən davamlılıq sınaq yolu elə kobuddur ki, onun üzərində təxminən 10.000 mil sürmək adi yollarda təxminən 60.000 mil sürməklə eyni effekti verir. Yalnız bu sınaqdan keçən avtomobillər müştərilərə təqdim edilə bilər.
  • Universal sınaq yolu

    Universal sınaq yolu
    Universal yol adından da göründüyü kimi müxtəlif sınaqlardan ibarətdir. Buraya sükanın stabilliyi testi, əyləc testi və R/H ilə bağlı digər testlər, o cümlədən dönmə ilə bağlı uyğunluq testi daxildir.
  • Manevr sınaq yolu

    Manevr sınaq yolu
    Bu sınaq yolu uzun məsafə boyu əyrilərdən və döngələrdən ibarətdir. Bu yolda sınaq yüksək təpələr və sıldırım qayalarla dolu ABŞ torpağında sürülən avtomobillər üçün tələb olunur. Avtomobillər sınaqdan uğurla keçdikdən sonra sürücülərin istədiyi kimi cəld reaksiya verəcəklər.
  • Düz yol

    Düz yol
    Bu sınaq yolu dəhşətli istiliyinə görə ad qazanmış Moxave Səhrasında yerləşən Kaliforniya Poliqonunun ən isti hissəsindən keçir. Siz yolda olanda havanın hərarətinin sanki 90℃-dən çox olduğunu hiss edəcəksiniz.
    Avtomobilin yerdəki əksi sanki qızmış torpaqdan qalxan isti dumanının yaratdığı mirajdır.