Yenilənmiş KIA Rio
Qənaətcil və Enerji dolu.
EKSTERYER
Hər tərəfdən cəlbedici
Hər bir detalın incəliklə işləndiyi yeni Rio görünüşü ilə kütlədən seçilir. Getdiyiniz istənilən məkanda ətrafdakıların diqqətini üzərinizə çəkməyə hazır olun.
-
Yüngül xəlitəli disklər
Rio Sedan 16-düymlük yüngül xəlitəli disklərlə təchiz olunub. -
Xrom qapı tutacaqları
Bu incə detal hər dəfə avtomobilə minib düşdüyünüz zaman sizdə xoş təəssürat yaradacaqdır. -
Arxa LED fənərlər
Arxa fənərlərin özünəməxsus dizaynı avtomobilin arxa görünüşünü daha dəbli və müasir göstərir. Parlaq işıqlar sayəsində ən günəşli havalarda belə kütlədən seçiləcəksiniz. -
LED tipli gündüz işıqları
LED tipli gündüz işıqları həm eksteryerə gözəllik qatır, həm də təhlükəsizlyinizi təmin edir.
İNTERYER
İnteryerə yeni baxış
Yeni Rio-nun tam müasir və rahat salonu xoş dizayn və ustalıqla seçilmiş materialların vəhdətidir. Zəngin opsiya seçimi sizi yaxşı mənada təəccübləndirəcək.
-
Sinfində bir addım öndə
Qabaqcıl texnologiyalarla zəngin və hər xırda detalın nəzərə alındığı salon Rio-nu təhlükəsiz və eyni zamanda əyləncəli avtomobilə çevirir. -
Xırda əşyalar üçün dolab
Mərkəzi konsolda dirsəkaltının alt hissəsindəki dolabda kiçik əşya və aksesuarlarınızı saxlaya bilərsiniz. -
Erqonomik dirsəkaltı
Tənzimlənən rahat dirsəkaltı qolunuzu qoyub yorgunluğunuzu ala bilməyiniz üçündür. Altında lazımi əşyaları yerləşdirmək üçün qutu da var. -
Rahat qapı cibləri
Qapı ciblərində nəinki su butulkanızı, hətta kiçik çətirinizi də yerləşdirə bilərsiniz.
XÜSUSİYYƏTLƏR
Şəhərin Yeni Siması
Yeni Rio həyatınızı daha da asanlaşdıracaqdır.
-
Geniş əlcək dolabı
-
Sükan çarxının isidilməsi
Soyuq qış günlərində avtomobili idarə etmək artıq daha rahat və xoş olacaqdır. -
Ön oturacaqların isidilməsi
Avtomobil özü donmuş olsa belə oturacaqlar bir neçə dəqiqə ərzində isinəcəkdir. -
Arxa oturacaqların isidilməsi
Bu funksiya sərnişinlərinizə özlərini evdəki kimi rahat hiss etdirəcəkdir.
TƏHLÜKƏSİZLİK
Təhlükəsizlik hər şeydən önəmlidir
Yeni Rio kuzovunun 50%-dən çoxu yüksək davamlılığa malik AHHS poladdan hazırlanmışdır. Bundan əlavə avtomobil 6 təhlükəsizlik yastığı ilə təchiz olunur.