Go to content
Ovsunlayan gözəllik

Ovsunlayan gözəllik

    360° VR

    Snow White Pearl Clear White Silky Silver Aurora Black Pearl Moss Gray Runway Red Gravity Blue Pluto Brown

    Snow White Pearl

    • MÜHƏRRİK HƏCMİ 1999
    • MAKSİMUM GÜC 163 a.g / 6500
      dövr / dəq
    • YANACAQ SƏRFİYYATI
      (Qarışıq/Şəhəriçi/Magistral)
      7.8/11.2/5.8
    • ZƏMANƏT 5 il və ya 150000 km

    EKSTERYER

    Diqqətinizi çəkir..və ürəyinizi fəth edir

    Diqqətinizi çəkir..və ürəyinizi fəth edir

    Yeni cəsarətli forma. Cazibədar detallar. Həyəcanlandıran yeni texnologiya. Və daha yaxşı stabillik və rahatlıq üçün genişləndirilmiş təkər bazası. Geniş Kia Optima zərifliyə qarşısıalınmız forma verir.
    Gözqamaşdıran siluet

    Gözqamaşdıran siluet

    Arxa qapıların kənarlarına doğru zərif uzanan yan şüşələr. Aerodinamik spoyler rolunu oynayan yenilənmiş baqaj qapısı. Və yeni dizaynlı disklər. Kia Optima sözün əsl mənasında sensasiya yaratmaq gücünə malikdir.
    Hərtərəfli bir addım öndə

    Hərtərəfli bir addım öndə

    Qövsvari aerodinamik duruş. Nəzərəçarpan arxa faralar. Aydın cizgilər. Və cəlbedici səsboğucu seçimləri. Kia Optima istənilən bucaqdan dəbdəbə saçır.

    İNTERYER

    Diqqəti yayındırmayan innovasiya

    Diqqəti yayındırmayan innovasiya

    Müasir həyatımız məlumat və mobil qurğularla doludur. İnsan-maşın interfeysini nəzərə alan Kia Optima interyerə yeni standartlar gətirib. Cihazlar paneli diqqətinizi yoldan yayındırmadan sizə lazım bütün informasiyanı təqdim edir.
    Daxildən daha geniş

    Daxildən daha geniş

    Baş və ayaqlarınız üçün geniş yer. Enli salon. Rahat oturacaqlar. Optima-nın sükanı arxasına əyləşən kimi fərqi hiss edəcəksiniz.
    Özünüzü pilot kimi hiss etməyiniz üçün dizayn edilib

    Özünüzü pilot kimi hiss etməyiniz üçün dizayn edilib

    Optima GT və GT Line seriyasının kokpitinin premium idman üslubu kapotun altındakı güc aqreqatı ilə ahəngdarlıq təşkil edir. Zəngin rəng və materiallardan istifadə yoldakı cürətli və dinamik yürüşə ehkam vurur. Ekskluziv idmansayağı sükan çarxı sürət pillələrini barmaq toxunuşu ilə dəyişə bilməyiniz üçün keçirici ləçəklərlə təchiz olunub, salonu əhatə edən qırmızı tikişlər isə sanki kəmərləri bağladığınız andan macəraya hazır olun deyir.

    XÜSUSİYYƏTLƏR

    Seçilmək vaxtıdır

    Seçilmək vaxtıdır

    Standart xüsusiyyətlərlə təchiz edilmiş Kia Optima-nın geniş opsiya seçimi sayəsində avtomobili istəklərinizə uyğun individuallaşdıra bilərsiniz.
    Kia ailəsinin ən dinamik və çılğın üzvünü qarşılayın

    Kia ailəsinin ən dinamik və çılğın üzvünü qarşılayın

    Optima GT onu həmkarlarından fərqləndirən eksteryer dizayn elementləri ilə seçilir. Performans həvəskarları qabarit işıqlarındakı, radiator, spoyler və yan xətlərdəki açıq aşkar sport yönümlü detalları yüksək qiymətləndirəcəklər.

    PERFORMANS

    Həm güclü həm qənaətcil

    Həm güclü həm qənaətcil

    6 pilləli avtomatik və 7 pilləli ikili muftalı transmissiyanın dörd idarəetmə rejimindən birini seçin. Komfort, Eko, Sport və Smart rejimlər sizin yanacağa qənaət və performansla bağlı istəklərinizə uyğun olaraq pillələri dəyişir.
    GT modelini fərqli edən parlaq detallar

    GT modelini fərqli edən parlaq detallar

    Optima GT modelinin fərqli növ olduğu ilk baxışdan görünür. Qara parlaq moldinqlər qapının aşağı hissəsini bəzəyir. Ön hissədə dəbli LED faraların arasında yerləşən tor tipli tünd boz rəngli radiator barmaqlıq və aşağı spoylerdəki yan hava dəlikləri idmansayağı imici daha da qabardır. Arxa hissədəki “GT” emblemi isə ciddi oyunçudan xəbər verir.
    İldırım sürətli reflekslər

    İldırım sürətli reflekslər

    Optima-nın şassisi daha rəvan idarəetmə və yolun nahamarlığına daha cəld reaksiya vermək üçün hazırlanıb. Davamlı ön təkər yastıqları və ikiqat iri arxa idarəetmə lingləri avtomobilin idarəəolunma xarakteristikasını daha da təkmilləşdirməyə yardım edir.

    TƏHLÜKƏSİZLİK

    Ürək rahatlığınız üçün yüksək keyfiyyətli materiallar

    Avtomobilin şassisinin mühüm hissələrində ən son metal və yapışdırıcılardan istifadə sayəsində daha təhlükəsiz olan Kia Optima, sərnişin təhlükəsizliyi üçün yeni standartlar qoyaraq sizi yüngül amma güclü gövdəsi ilə əhatə edir.
    • Şəkillər sadəcə məlumatlandırıcı xarakter daşıyır. Opsiyaların mövcudluğu avtomobilin təchizatından asılıdır.
    • Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Motors Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050, 051, 055, 070) 303 60 60