Go to content
Yeni Cerato

Yeni Cerato

Hər dəfə sehri yenidən başladın

    • MÜHƏRRİK HƏCMİ 1591 kub. sm
    • MAKSİMUM GÜC 128 a.g. / 6.300 dövr./dəq
    • ZƏMANƏT 5 il və ya 150000 km

    Eksteryer

    Əyləncə və funksionallığın mükəmməl balansı

    Həm ətaləti həm hərəkəti ilə göz oxşayan

    Cerato hər iki xüsusiyyəti - çevik asqı və həssas transmisiyanın yaratdığı idman xarakterini və geniş və müasir interyeri özündə birləşdirir. Aerodinamik konturlar öndən arxaya doğru diqqət cəlb edərkən cəsarətli duruşu onun hər cür yola hazır olduğundan xəbər verir.
    Həm ətaləti həm hərəkəti ilə göz oxşayan

    Həmişə zövqlü

    Ən gəzməli və görməli yer haradadır? Çox güman ki, Cerato-nun olduğu yerdən uzaq deyil. Cəlbedici cizgiləri və xarizması ilə diqqət mərkəzində olmaqdan zövq alın.

    İnteryer

    Əsl zövq içəridədir

    Əsl zövq içəridədir

    Cerato-nun şık ön panelinə idarəetmə, əyləncə və iqlimə nəzarət elementləri sürücü üçün intuitiv şəkildə yerləşdirilmişdir. Cerato-nun geniş salonunda özünüzü rahat və müasir mühitdə hiss edəcəksiniz.
    Salonun genişliyindən həzz alın

    Salonun genişliyindən həzz alın

    Kiçik görünsə də, hər şeyi özündə cəmləşdirib. Baş və çiyin səviyyəsində salonun eni, ayaqlar üçün geniş yer və rahat ön dirsəkaltı hər kəsi razı salacaq.

    Əsas məqamlar

    Ağıllı baqaj bölməsi qapağı

    Ağıllı baqaj bölməsi qapağı sayəsində alış-veriş və böyük əşyaların daşınması heç vaxt belə asan olmamışdır. Əlləriniz çantalar və ya idman ləvazimatları ilə dolu olduqda, baqaj bölməsinin yanında ağıllı açarla ən azı üç saniyə dayanmaq kifayətdir ki, qapaq avtomatik açılsın.

    Performans

    Əyləncəli gündəlik performans

    Səmərəli 1.6 litrlik dizel mühərrikindən, 1.6 litrlik benzin mühərrikindən və ya daha güclü 2.0 litrlik benzin mühərrikindən gələn həssas performansa etibar edin. Benzin mühərrikləri qazpaylama fazalarının ikili pilləsiz dəyişmə mexanizminə (D-CVVT) və elektron yanacaq püskürməsinə malikdirlər. GT versiyası, 204 at gücünə malik 1.6 litrlik GDI mühərriki ilə təəssüratları daha da həyəcanlı edir.
    • Opsiyaların mövcudluğu regiona görə fərqlənə bilər.
    • Bütün məlumatlar və təsvirlər dərc olunma tarixinə aktual olan informasiyaya əsaslanıblar və xəbərdarlıq edilmədən dəyişdirilə bilərlər.
      Ən aktual məlumat üçün Kia Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət etməyiniz xahiş olunur. Satış məsləhətçilərinin əlaqə nömrələri: (050/051/055/070) 303 60 60