Hər anı həyəcanlandır
Həmişə cəlbedici görünüşlü, dinamik performanslı və mükəmməl "haytek" xüsusiyyətli gənclik enerjisi ilə dolu avtomobilə sahib olmağı arzulamısınız? Elə isə məqam yetişdi. Hisslərinizi coşduracaq Kia-nın tam yeni Cerato koup modelini qarşılamağa hazır olun.
Eksteryer
Çərçivəsiz qapı şüşələri
Ötən ilin klassik idmansayağı kupelərinin ənənələrinə sadiq qalaraq çərçivəsiz qapı şüşələri əlavə görüntü təmin etməklə bərabər Cerato Koup-un aydın eskteryer cizgiləri ilə daha da cazibədar görünüş yaradır.
Şəhərin yeni cazibəsi
Yüksək keyfiyyətli ustalıqla hazırlanmış zərif Avropasayağı dizayna malik idman kupesi yaratmaqla biz avtomobil innovasiyalarına yeni məna bəxş etdik. Birmənalı olaraq hisslərinizi coşduracaq şəhərin yeni cazibəsi ilə tanış olun. Hisslərinizi cilovlamağı unutmayın.
Üfüqlərinizi genişləndirməyə hazır olun
-
Aero ülgüclü şüşətəmizləyicilər
-
LED tipli əlavə stop fara
Arxadakı sürücüləri xəbərdar edərək təhlükəsizliyi artırmaqla yanaşı, həm də avtomobilə idmansayağı görünüş bəxş edir. -
Təhlükəsiz lyuk
Qalxan və sürüşən opsional lyuk işığın və havanın salona daxil olmasını təmin edir, təhlükəsizlik mexanizmi isə hər hansı bir maneə olarsa, onun bağlanmağının qarşısını alır.
İnteryer
Hər bir səyahətə uyğun möhtəşəm şərait
-
4.2” rəngli TFT-LCD displeyli supervizion cihazlar paneli
Parlaq ağ işıqlandırmaya malik “Supervision” cihazlar panelindəki erqonomik qrafikli istifadəçi interfeysi avtomobil ilə bağlı bütün məlumatları ətraflı şəkildə əks etdirir. -
Radio+CD+MP3
Çoxmənbəli audio sistemin "My Music" (Mənim musiqim) funksiyası CD və USB-dən səsləndirdiyiniz mahnıları MP3 faylları kimi sistemin yaddaşında saxlamaqla, onları təkrar səsləndirmək imkanı yaradır. -
İdmansayağı oturacaqlar
Müasir dizayn və fərqli profilə malik ön oturacaqların balış və söykənəcəkləri optimal komfortu təmin etmək üçün qabarıq mütəkkəciklərlə təchiz edilib. -
Ventilyasiyalı sürücü oturacağı
Oturacağın altından və söykənəcəyindən vuran sərin hava sizi isti yay günlərində tərli olmaq diskomfortundan qurtaracaq.
Performans
Tək baxış kifayətdir
Qabaq hissənin qalın və təsirli cizgiləri avtomobilə aqressiv və idmansayağı görünüş bəxş edir, zərifliyi və dinamikası ilə göz oxşayan yan və arxa hissələr isə çeviklik və güclü performansdan xəbər verir.
-
-
-
Sükanaltı ötürücü ləçəklər
Əsasən premium idmansayağı avtomobillərdə rast gəlinən, sükan çarxı üzərində yerləşən sükanaltı keçirici ləçəklər sizə barmaqlarınızı cüzi toxundurmaqla sürət qutusunun pillələrini dəyişməyə imkan verir.
-
-
-
-
Audionun sükan çarxından idarə olunması
Əllərinizi sükan çarxından çəkmədən audio sistem üzərində tam nəzarəti ələ alın.
-
Təhlükəsizlik
Möhkəm kuzov
Zərbənin gücünü digər elementlərə paylayaraq enerjini udmağa qadir karkasa malik yeni Cerato Koup-nun kuzovu möhkəm və intellektualdır.
-
-
-
Ön və arxa parklamaya yardımçı sistem
Öndə iki, arxada isə dörd ədəd ultrasəs sensorları maneələri aşkarlamaqda mükəmməl dəqiqliyə malikdir. Maneə ilə avtomobil arasında olan məsafə paneldəki ekran vasitəsilə qrafik şəkildə göstərilir.
-
-
-
-
Arxa görüntü kamerası displeyi
4,3" rəngli sensorlu displey parklama və arxaya doğru hərəkət zamanı təsvirləri göstərməklə, təhlükəsizliyi və rahatlığı təmin edir.
-
-
-
-
Yoxuşda starta yardımçı sistem(HAC)
Akselerator pedalına basana kimi əyləci sıxıb saxlayan HAC funksiyası avtomobilin yoxuşda dayandıqdan sonra yerindən tərpənərkən geriyə hərəkət etməsinin qarşısını alır.
-
- Şəkillər sadəcə məlumatlandırıcı xarakter daşıyır. Opsiyaların mövcudluğu avtomobilin təchizatından asılıdır.
- Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Motors Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050, 051, 055, 070) 303 60 60