Go to content
Add a dose of extraordinary to your life

Hər yürüşdə möcüzəyə toxunun

Yeni Kia Cerato-nun sükanı arxasına keçin və günə daha canlı və əmin başlayın. Bu cazibədar sedan ilhamlandıran performansı, ən son texnoloji yenilikləri və müasir əyləncə metodlarını özündə birləşdirir.
Onunla həyat daha maraqlı olacaq.

    • MÜHƏRRİK HƏCMİ 1591
    • MAKSİMUM GÜC 128 a.g. / 93.8 kVt @ 6.300 dövr/dəq
    • ZƏMANƏT 5 il və ya 150000 km

    EKSTERYER

    Əyləncə və funksionallığın mükəmməl balansı

    Əyləncə və funksionallığın mükəmməl balansı

    Cerato-nun cazibədar silueti güc aqreqatının yerləşdiyi uzun kapotdan başlayıb dam xəttinin axıcı əyriliyi sayəsində baş və ayaqlar üçün bol məsafəyə malik geniş salonda tamamlanır. Bu sedanın hər gün yeni imkanlarını kəşf edəcəksiniz.
    Həm ətaləti həm hərəkəti ilə göz oxşayan

    Həm ətaləti həm hərəkəti ilə göz oxşayan

    Cerato hər iki xüsusiyyəti - çevik asqı və həssas transmisiyanın yaratdığı idman xarakterini və geniş və müasir interyeri özündə birləşdirir. Aerodinamik konturlar öndən arxaya doğru diqqət cəlb edərkən cəsarətli duruşu onun hər cür yola hazır olduğundan xəbər verir.

    İNTERYER

    Modern sadəlik, praktik dəbdəbə

    Modern sadəlik, praktik dəbdəbə

    Sadəlik Cerato-nun cihazlar panelindəki dəbdəbənin əsas göstəricisidir. İdarəetmə haqqında informasiya cihazlar panelində və çıxıntı formalı mərkəzi monitorda təqdim olunur. Metal rəngli əlavələr salona idmansayağı eyni zamanda zərif görünüş bəxş edir, hamar xətlər hər iki tərəfdəki turbinə bənzər ventilyasiya dəliklərini birləşdirir.
    Getdiyiniz hər yerdə sizi müşayiət edən rahatlıq

    Getdiyiniz hər yerdə sizi müşayiət edən rahatlıq

    Cerato-nun geniş salonunda sizi aydın seçilən xətlər, toxunuşu xoşagələn oturacaq və səthlər gözləyir. Bütün modifikasiyalarda oturacaqlar ön və arxa oturacaq yastığı ilə təchiz edilib. Arxa oturacaqlar isə iki yaxud üç sərnişinin rahat əyləşməsi üçün ayaqlar üçün geniş məsafəyə malikdir.

    XÜSUSİYYƏTLƏR

    Zəruri kiçik toxunuşlar

    Cerato-nun görünüşü təkcə müasirlik və komfortdan ibarət deyil. Avtomobil həyatınızın hər bir anında sizə yardımçı olacaq funksiyalara malikdir. Avtomobilə rahatlıqla minib düşməkdən tutmuş barmaqlarınızın altında yerləşdirilmiş erqonomik düymələrə kimi Cerato ilə həyatdan tam zövq alacaqsınız.

    PERFORMANS

    Əyləncəli gündəlik performans

    1.6 litr həcmli benzin, daha güclü 2.0 litr həcmli benzin yaxud səmərəli 1.6 litr həcmli dizel mühərriklə həssas və sürətli performansdan zövq alın. Benzin mühərriklərin xüsusiyyətlərinə qazpaylayıcı fazaların ikili davamlı dəyişməsi sistemi (D-CVVT) və elektron yanacaq püskürməsi daxildir.

    TƏHLÜKƏSİZLİK

    Daha təkmilləşdirilmiş materiallar, daha mükəmməl müdafiə

    Cerato yüksək möhkəmliyə malik və isti ştamplanmış poladın strateji tətbiqi sayəsində yüksək möhkəmliyi ilə seçilir. Kuzov burulma gücünə müqavimət göstərdiyi üçün əsmələr dəqiqliklə absorbsiya olunur. Toqquşma zamanı isə zərbənin gücü sərnişinləri daha etibarlı qoruyacaq şəkildə idarə olunur.
    • Options might differ by regions.
    • All information and illustrations are based on data available at the time of publication and subject to change without notice.
      Contact your local Kia dealer for current information.