KIA STINGER
EKSTERYER
Ağıllı insanların xəyallarının avtomobili
Gündəlik həyatınıza uyğun praktik avtomobillə arzuladığınız dinamik və sürətli avtomobil arasında qərarsız qalmısınız? Çox nadir hallarda yeni avtomobil hər iki istəyinizə cavab verə bilər. Stinger hər gecə xəyallarınızda dolaşan avtomobildir. Hər səhər onu idarə edərkən xəyallarınız gerçəkləşəcək.
Üç fərqli sima
Fərqlənmək üçün yaradılmış hər bir Kia Stinger, 5 qapılı klassik idmansayağı sedanda arzuolunan bütün əsas elementləri özündə məharətlə cəmləşdirir. Zərif EX-dən tutmuş cəsarətli GT Line və həyəcan doğuran GT-yə kimi hər bir Stinger yüksək idarəetmə, geniş interyer və qabaqcıl texnologiya təklif edir. GT line və GT trimin ekteryer və interyerə aid eksklüziv elementləri və performans göstəriciləri isə hər iki versiyaya özünəməxsusluq bəxş edir.
Performansı ilə sensasiya yaradan avtomobil
Güclü sedanlar arxa ötürücülü olmaqları ilə ad qazanıblar. Bu ənənəyə ən son texnoloji yenilikləri və materialları əlavə etsək nəticə dinamik və həssas idarəetmə olacaqdır. Stinger klassik idmansayağı sedanların fərqliliyini hiss etdirir. Onunla uzun və dolanbac yollarda səyahətə çıxın və çılğınlıq və texnologiyanın düzgün balansının yürüşə qatdığı həyəcanı yaşayın.
-
Tünd xrom örtüklü yan güzgülər
Yan güzgülərin yüksək keyfiyyətli tünd örtüyü diqqəti lüks avtomobilə yönəldərək ciddi rəqibin gəldiyindən xəbər verir. -
Arxa LED faralar və dörd oval səsboğucu
Müasir dəbli arxa LED faralar parlaq və bərabər işıq saçır, dörd oval səsboğucu isə Stinger-in əsl yol yoldaşı olduğundan xəbər verir.
-
Tünd xrom işləmələr və 19 düymlük disklər
Tünd rəngli xrom işləmələr görünüşə incəliyi və performansı vurğulayan şıqlıq əlavə edir, aqressiv 19 düymlük disklər isə hər yerdə sürücünün "qran turizmo" avtomobillərinə olan münasibətindən xəbər verir. -
Qırmızı Brembo® əyləc supportlu 18-düymlük əyləc diskləri
GT modellərin standart təchizatına daxil edilən Brembo® əyləc mexanizmlərinin qırmızı elementləri hərəkətsiz vəziyyətdə belə Stinger-in görünüşünə dinamika qatır. -
Tam LED faralar
Klassik dizayn formalarına əlavə olunan tam LED faralar (GT modeli üçün standart) Stinger modelinin ənənəvi görünüşə sadiq qalmaqla yanaşı mümkün olan hissələrdə ən qabaqcıl texnologiyalardan istifadə etdiyini bildirir.
İNTERYER
Şəxsi məkanın böyük önəm kəsb etdiyi yer
Döşəməyə yaxın yerləşdirilmiş sürücü oturacağından tutmuş təyyarə salonundan ilhamlanaraq hazırlanmış hava deflektorlarına kimi hər bir detalı ilə Stingerin kokpit dizaynı klassik idman sedanlarının salonuna bənzəyir. Mühüm məlumatlar “supervision” cihazlar panelindəki taxometr və spidometrin arasında yerləşən displeydə əks olunur. Bundan əlavə eyni informasiyanı ön şüşəyə də proyeksiya etmək olar (əlavə təchizat). İkinci dərəcəli məlumatlar çıxıntı formalı opsional 8 düymlük ekranda əks olunur.
Şəxsi məkanın böyük önəm kəsb etdiyi yer
Daxildən Stinger idmansayağı və sadədir. Bundan əlavə uzun təkər bazası sayəsində avtomobilin bütün salonu xüsusilə də arxa hissəsi genişdir. Elekrik ötürücülərlə təchiz olunmuş ön oturacaqlar xüsusi diqqətə layiqdir: təchizatdan asılı olaraq sürücü oturacağı 8-12 istiqamətdə, ön sərnişin öturacağı isə və 8 istiqamətdə tənzimlənir. Oturacaqlar üçün yalnız dəri örtük nəzərdə tutulub (GT versiya üçün yumşaq və lüks Nappa dərisi).
-
Elektrik tənzimlənən sürücü və sərnişin oturacağı
Standart təchizata 8 istiqamətdə elektrik tənzimlənən sürücü və 6 istiqamətdə mexaniki təznimlənən sərnişin oturacağı daxildir. Sürücü oturacağına əlavə sifariş oluna biləcək opsiyalara 4 istiqamətdə mexaniki tənzimlənən bel dəstəyi, oturacağın omba hissəsinin açılması, 4 istiqamətli “Air Cell” bel dəstəyi daxildir. Ön sərnişin oturacağını 8 istiqamətlə elektron tənzimlənən oturacaq və 4 istiqamətdə mexaniki təznimlənən bel dsətəyi ilə təchiz etmək olar. -
Geniş 2-ci sıra
Əsas rəqibləri ilə müqayisədə daha geniş oturacaq-tavan məsafəsi, çiyin məsafəsi və ayaqlar üçün yer təklif edən Stinger-in arxa oturacaqlarında iki yaxud üç sərnişin rahat yerləşir. -
Geniş lyuk
Küləyi saçlarınızda hiss etməyə hazırsınızmı? Bütün trimlər üçün geniş və bir toxunuşla açılıb bağlanan lyuk sifariş edə bilərsiniz. Bir barmaq toxunuşu ilə daha çox hava və gün işığı salona daxil olacaqdır.
-
“Supervision” cihazlar panelinin 7-düymlük displeyi
Avtomobil və idarəetmə haqqında zəruri məlumatlar “Supervision” cihazlar panelində spidometr və taxometr arasında yerləşən 7-düymlük geniş və aydın TFT displeydə əks olunur. Panel bir neçə dili dəstəkləyir. -
3-zonalı iqlimə nəzarət sistemi
Standart təchizata daxil olan iqlimə nəzarət sistemi sürücü, ön sərnişin və arxa sıradakılar üçün ayrı-ayrılıqda temperatur təyin etməyə imkan verir. Beləliklə, fərqli temperatur rejimlərinə üstünlük verən insanlar eyni zamanda rahatlıqla yola çıxa bilərlər. -
Elektrik parklama əyləci (EPB)
Elektrik parklama əyləcini ənənəvi mexaniki əyləc linglərindən fərqli olaraq tez və təhlükəsiz işə salmaq mümkündür. Parklama əyləcini aktivləşdirmək üçün mərkəzi konsoldakı EPB düyməsinə basın. Auto Hold rejimi ayağınızı əyləcdən çəkdikdən sonra belə müvəqqəti olaraq avtomobili hərəkətsiz saxlayır. -
İnteqrasiya olunmuş yaddaş sistemi (IMS)
İnteqrasiya olunmuş yaddaş sistemi sürücü oturacağının, yan güzgülərin, ön şüşəyə proyeksiya sisteminin və cihazlar paneli displeyinin əvvəlcədən təyin edilmiş iki fərqli pozisiyasını yadda saxlayır. Bu, Stinger-i tam fərdiləşdirməyin sadə üsuludur. Bunun sayəsində daha bir sürücü özünü evindəki kimi rahat hiss edəcəkdir.
XÜSUSİYYƏTLƏR
Sonsuz imkanlar aləmi
Stinger həyatınıza rəng qatacaq. Onun 406 litrlik baqaj bölməsinə hətta uzun səyahətlərinizdə belə istədiyiniz qədər əşyanı rahatlıqla yerləşdirə bilərsiniz. Yuxarıya doğru açılan arxa qapı iri əşyaları yükləməkdə yaxud yükü yerbəyer etməkdə işinizi asanlaşdıracaq. Arxa oturacaqlar 60:40 nisbətində qatlanaraq uzun əşyaların yerləşdirilməsi üçün müxtəlif seçimlər təklif edir.
-
Elektrik ötürücülü intellektual baqaj qapısı
Əlləriniz yüklə dolu olanda belə baqajı açmaq sadədən sadədir. Açarla birlikdə avtomobilin arxa hissəsinə yaxınlaşdıqdan sonra 3 saniyə ərzində baqajın qapısı avtomatik olarq açılır. -
Ön şüşə displeyi (HUD)
Opsional ön şüşə displeyində idarəetmə ilə bağlı ən mühüm məlumatları əks olunur ki, avtomobili diqqətinizi yoldan çəkmədən təhlükəsiz idarə edəsiniz. Gündüz və gecə rejimi olan displey hündürlüyə görə tənzimlənir. Sürət, kruiz-kontrol, naviqasiya, gizli zonalara nəzarət məlumatlara daxildir. -
15 dinamikli Harman/Kardon® premium səs sistemi
Opsional Harman/Kardon səs sisteminə ön oturacaqların altında yerləşdirilmiş sabvuferlər daxildir. Clari-Fi texnologiyası rəqəmsal səsin orijinal səslənməsini təmin edir, Quantum Logic Surround Sound texnologiyası isə həcmli səsin incə tənzimləmələri sayəsində salonu əsl konsert səhnəsinə çevirir.
-
Sükanaltı keçirici ləçəklər
Standart təchizata daxil olan sükanaltı keçirici ləçəklərlə əlinizi sükandan ayırmadan 8 pilləli avtotransmissiyanın pillələrini dəyişə bilərsiniz. Bu, qısa zamanda daha artıq fırlanma anına keçidin yaxud dinamik idarəetmə zamanı istəyinizə uyğun pilləni seçməyin ən sadə üsuludur. -
Mühərriki məsafədən işə salma (yalnız müəyyən ölkələr üçün)
Kəskin isti iqlimə malik ölkələrdə açar-pultun bir düyməsinə basmaqla mühərriki məsafədə işə salmaq mümkündür. Yəni kondisioner də işə düşür və sürücü ilə sərnişinlər avtomobilə daxil olana kimi salon sərinlənir. -
Smartfonlar üçün simsiz enerji toplama
Telefonunuz mərkəzi konsolun üzərində yerləşən enerji toplama bölməsinə qoyulduqda heç bir naqil olmadan enerji toplayacaqdır. Narıncı rəng telefonun enerji topladığını göstərir, yaşıl rəng isə tam dolduğundan xəbər verir. Avtomobildən çıxan zaman telefonu enerji toplama bölməsində unutduqda xəbərdarlıq edilir. -
Ventilyasiyalı ön oturacaqlar
Ventilyasiyalı ön oturacaqlar isti günlərdə sərin hava axınını, soyuq günlərdə isə daha effektiv və hərtərəfli isitməni təmin edir. Həm oturacaq yastığı həm də söykənəcək hissədəki dəliklər daha artıq komfort üçün nəzərdə tutulub.
PERFORMANS
Heyrətləndirən ixtira
Stinger-də arxa ötürmənin bütün üstünlükləri mövcuddur: sinamik start, yüksək çeviklik və mükəmməl idarəetmə. Mühərrikin hətta aşağı dövrələrində belə arxa təkərlərə ötürülən dartı qüvvəsi sürücüyə idman avtomobilinin idarəetməsindən ala biləcək həzzi yaşadır. Daha güvənli sürüş üçün tam ötürmə sistemi nəzərdə tutulub. 8 pilləli avtomatik transmissiya isə pillələri rəvan və hiss edilmədən dəyişir.
Çılğınlıq tam gücü ilə geri qayıdır
Bir çox avtomobil həvəskarları fikrincə qran turizmo ruhu artıq itməkdədir. Artıq deyil. Stinger-in ərsəyə gəlməsinin hər bir mərhələsinin əsasında ehtiras və çılğınlıq dayanıb. Sizə bu günə kimi heç bir Kia modelində görə bilməyəcəyiniz daha güclü, daha sürətli və daha praktik idarəetmə söz veririk. Dinamik və həyəcan doğuran Stinger-i qarşılayın.
-
Gücün ağıllı paylaşımı
Tam ötürücülü Stinger istənilən şəraitdə - qarda, buzda, yaş səthlərdə əmin və rahat idarəetmə deməkdir. Ağıllı idarəetmə sisteminə dartı vektoruna dinamik nəzarət daxildir. Bu sistem, yol səthindəki dəyişikliklərə dərhal adaptasiya olaraq ön təkərlərə lazımi qədər fırlanma anı ötürür və sabitliyi və yolla ilişməni tam təmin edir. -
Lambda 3.3 T-GDI
İkili turboüfürmə V6 formalı mühərrikin geniş dövrələr diapazonunda daha çox fırlanma anı hasil etməsinə kömək edir. Əlavə güc üçün xaricetmə kollektoru silindr başlığı ilə inteqrasiya olunub, elektron termostat isə temperatura tam nəzarət edir. -
Theta II 2.0 T-GDI
Tvinskrol turboüfürmə yüksək fırlanma anı, yeni tətbiq olunmuş texnologiyalar isə yanacağın daha effektiv yanmasını təmin edir.
-
8 pilləli avtomatik transmissiya
8 pilləli avtomatik transmissiyada ilk nəzərəçarpan - pillələrin rəvan dəyişməsidir. Onun alqoritmləri yanacağa qənaəti artırmaqla yanaşı pillələrə tez və səlis keçidi təmin edir. -
Sabitliyə elektron nəzarət (ESC)
ESC, mühərrikin fırlanma anını və hərəkət şəraitini qiymətləndirərək təkərlərə avtomatik olaraq düzgün miqdarda əyləc qüvvəsi paylayır və bununla da optimal tormozlama və nəzarəti təmin edir. -
İdarəetmə rejiminin seçilməsi (DMS)
Stinger-in DMS funksiyasına 5 rejim daxildir və rejimləri sürət qutusu linginin arxa hissəsində yerləşən disk vasitəsilə dəyişmək mümkündür. Hər rejimdə mühərrik, transmissiya, asqı, sükan çarxı və hətta mühərrikin səsi avtomatik tənzimlənərək yeni rejimə uyğunlaşır. -
Ön bamperdə ventilyasiya dəlikləri
Stinger-in ön hissəsinin cəlbedici dizaynının həm də praktik əhəmiyyəti var: ön bamperdəki ventilyasiya dəlikləri vasitəsilə aerodinamik müqavimətin azaldılması və sərin hava axınının radiator və ön əyləclərə istiqamətləndirməsi. Yəni, avtomobilin ön hissəsinin forması yanacaq sərfiyyatına müsbət təsir göstərməklə və səs səviyyəsini aşağı salmaqla yanaşı, həm də hərəkət zamanı avtomobilə əlavə sabitlik bəxş edir.
-
Arxa diffuzor
Arxa bamperin alt hissəsində yerləşdirilmiş diffuzor avtomobilin altındakı hava axınını tənzimləməyə kömək edir və səsboğucu borularından burulğanlaşma yaranmasının qarşısını alır. Həmçinin o, avtomobilin altındakı aşağı təzyiqli hava axınının ətrafdakı yüksək təzyigli hava axını ilə toqquşduqda yaranan turbulentliyi azaldan yarış avtomobillərindəki diffuzoru xatırladır. -
Baqaj qapısına inteqrasiya olunmuş spoyler
Yüksək sürətlərdə Stinger-in arxasında formalaşan hava axınını yönləndirmək və sabitliyi artırmaq üçün baqaj qapısının kənarı spoylerə bənzər formada edilib. Funksionallıqla yanaşı bu həm də, avtomobilin siluetinə uğurlu bir dizayn cizgisidir. -
Kuzovun alt hissəsinin çoxsaylı aerodinamik örtüyü
Stinger-in tərifəlayiq aerodinamik götəriciləri yalnız gözlə görünən rəvan silueti sayəsində deyil, həm də avtomobilin altında yerləşən vacib elementlər hesabına əldə olunub. Avtomobildə mühərrikin və transmissiyanın altında, salonun hər iki tərəfində bir sıra sərt ekranlar yerləşdirilib. Onlar, yüksək sürətlə hərəkət zamanı avtomobilin altında yaranan burulğanlaşmanı azaldırlar. -
Səs, vibrasiya və sərtlik (NVH)
Stingerin hər bir detalı səs və vibrasiyanın minimuma endirilməsi istiqamətində çalışır. Mühərrik bölməsi və salonun ön paneli gücləndirilmiş səs izolyasiyası ilə təmin olunub, kuzov dirəklərinin karkasla birləşdiyi yerlərdə isə əlavə səsboğucu örtüklər tətbiq olunub. Xaricetmə sisteminin səsinin tənzimlənməsi və arxa rama altlığının yüksək sərtliyi də avtomobilin hərəkət zamanı daha sakit olmasına ximət edirlər. Yan güzgülərin və qapıların forması da səs və aerodinamik müqaviməti minimallaşdırırlar. Bundan savayı, avtomobilin transmissiyasında vibrasiyanı azaldan burma rəqslərinin kəfkirli boğucusu nəzərdə tutulub.
TƏHLÜKƏSİZLİK
Təhlükəsizlik elmi
Təhlükəsizlik hər bir avtomobilin ayrılmaz hissəsidir və Stinger sürücü və sərnişinlərin təhlükəsizliyini hər şeydən üstün tutur. Kia mühəndisləri aerodinamikanı, performansı, idarəetmə rəvanlığını və mükəmməl avtomobilin yaradılmasına daxil olan hər şeyi təkmilləşdirərək şassi və kuzovun hər bir detalında yol iştirakçılarının qorunmasını nəzərə alıblar. Nəticə isə müstəsna təhlükəsizliyi ilə seçilən 5 qapılı fastbek sedandır.
- Şəkillər sadəcə məlumatlandırıcı xarakter daşıyır. Opsiyaların mövcudluğu avtomobilin təchizatından asılıdır.
- Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Motors Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050-051-055) 303 60 60