Kia Motors-un əsas məqsədi müasir texnologiyalar dövründə
sürücü həzzini prioritet kimi saxlamaqdır.
Kia real zamanda istək və emosiyalarınızı müəyyənləşdirən qabaqcıl
texnologiya sayəsində intuitiv və unikal tam fərdi sürücü məkanı yaratmağa səy göstərir.
R.E.A.D. System ilə tanış olun,
gələcəyin texnologiyası sürücülərin emosiyalarını müəyyən edərək
mütləq rahatlıq və məmnuniyyət yaratmaq üçün avtomobildə daxili mühiti dəyişir.
R.E.A.D. System süni intellekt funksiyası ilə bio siqnalların (mimika, ürək döyüntüsü və s) təyin və təhlili vasitəsilə davamlı olaraq sürücünün hiss və emosiyalarına uyğun fərdi mühit (işıq, akustika, salondaxili temperatur, oturacaq vibrasiyası və salonun ətri) yaradır.
İrəliyə baxın və sükanı tutun
Üz cizgilərinizi və mimikalarınızı təyin edir
Müxtəlif yol şəraitində keçmiş reaksiyalarınızı təhlil edir
İşıqlandırma, akustika, salonun ətri,
kondisioner və oturacağın vibrasiyasını uyğunlaşdırır
V-Touch avtomobilin çoxsaylı funksiyasını sadə barmaq hərəkəti ilə asanlıqla idarə etməyə imkan verən ilk virtual toxunuşlu texnologiyadır.
V-Touch sürücünün görüş bucağını və barmağını 3D kameralar vasitəsilə izləyir, yüksək dəqiqliklə və dərhal avtomobil funksiyalarını idarə edir. Onun unikal istifadəçi interfeysi hal-hazırda mövcud olan hərəkət idarə sistemlərindən daha üstün və sadədir.
Kia düymələrə toxunmaq və ya səsli əmrlər verməyi sadə bir baxış və barmaq hərəkətinə dəyişməklə texnologiyanın gələcəyini olduqca rahat və intuitiv edir.
"Hi Kia" səsli komandası ilə aktivləşdirin
İdarə etmək istədiyiniz avtomobil funsksiyasını tuşlayın
Basın, çevirin, və ya sürüşdürün
Barmağınızın ucu ilə çoxsaylı funksiyaları idarə edin