Go to content
Bizim hekayəmiz
Fərqli Nəfəs, Əyləncəli Anlar

Fərqli Nəfəs, Əyləncəli Anlar

Miras

1940-1960

Koreyada Təkərli Avtomobillərin qaynağı

1940-60-cı illər ərzində Kyunsung Precision İndustry adı altında yaranmış Kia Koreyada ilk velosiped istehsal edən və sonralar hərəkət üçün heç bir mexaniki gücə ehtiyac duymayan motorsikl istehsal edən şirkət olmuşdur. Bu hadisə Koreyanın ilk dörd təkərli avtomobil istehsalçısı olması xəyallarının başlanğıcını qoydu.
1944 Kia-nın mənşəyi olan Kyungsung Yüksək Dəqiqliyə Malik Məhsullar Zavodu təsis edilir.
1952 Koreyanın ilk velosipedi Samchully təqdim edilir.
1952 Şirkətin adı Kia Industries şəklində dəyişir.
1960-1973

Kia, Koreyanın Avtomobil Sənayesinin Lideri

Kia Motors iki təkərli və üç təkərli avtomobil istehsalı üzərindəki uzun müddətli əziyyətindən sonra 1961-ci ildə Kia Honda C-100 modelini bazara təqdim etdi. 1962-ci ildə Kia-Mazda K-360 modelini bazara çıxararaq Koreyanın avtomobil sənayesində ilk dəfə üç təkərli avtomobilləri istehsal etmə qabiliyyətini nümayiş etdi.

K-360-ın yüksək rəğbət qazanması 1967-ci ildə Kia-nı üç təkərli avtomobillərin istehsalının ikinci mərhələsinə başlamasına lazım olan güclə təmin edərək Kia-Mazda T-2000 və sonralar T-600 modellərinin uğurlu bir şəkildə hazırlanıb bazara buraxılmasına səbəb oldu.
1969 T-600 istehsalına başlanılır.
1973 Sohari Zavodu açılır.
1973 Brisa pikapının istehsalına başlanılır.
1974-1997

Qlobal Avtomobil İstehsalçısı olmağa doğru böyük addım

Kia Koreyalı və xarici istehlakçılar arasında geniş populyarlıq qazanmış bir çox böyük model təklif etdi. Misal olaraq “Xalqın Avtomobili” olaraq adlandırılan və Koreyada ilk tək başına istehsal edilmiş sərnişin avtomobili olan Brisa modelini, ilk 1 milyon ədəd istehsala malik Koreya avtomobili olan Pride modelini və məşhur Paris-Dakar Rally-sini bitirmiş dünyada ilk sərnişin avtomobili tipli SUV olan Sportage modelini göstərmək olar.
1974 Brisa sərnişin avtomobili təqdim edilir.
1986 Pride istehsalına başlanılır.
1987 Pride ABŞ bazarına daxil olur.
1987 Orta ölçülü Concord sedanının istehsalına başlanılır.
1992 Kia-nın ilk müstəqil şəkildə hazırlanmış sərnişin avtomobili Sephia-nın istehsalına başlanılır.
1993 Asan Fabrikindəki test ərazisinin tikintisinin tamamlanması
1993 Sportage 1993-cü il Paris-Dakar Rallisini tamamlayır.
1996 Koreyanın ilk orijinal idman avtomobili Elan buraxılır.
1998-2010

Daha Yaxşı Bir Qlobal Brend Olmağı Özümüzə Hədəf Qoymaq

Dünyanın ən yaxşı üç avtomobil dizaynerlərindən biri olan Peter Schreyerin Kianın baş dizayn mütəxəssisi vəzifəsinə gəlməsi ilə bazarda lider olan dizayn xüsusiyyətini yaratmağa doğru gedişatın başlanğıcını qoydu.

Bu arada Araşdırma və İnkişaf istiqamətindəki davamlı investisiyamız bütün seqmentlərdən bir sıra avtomobil istehsalına yol açdı və Kianın İnterbrand-in 100 Ən Yaxşı Qlobal Brend adlı illik sıralamasında 69-cu yer tutmasına səbəb oldu.
1998 Hyundai və Kia birləşdi. Kia dünyanın 5-ci ən böyük avtomobil istehsalçı və “the Hyundai-Kia Automotive Group” adlı qrupun parçası oldu.
2000 Optima buraxılıb.
2003 Kia-nın qlobal rəqabətcil avtomobil üzrə Araşdırma və Təkmilləşdirmə institutu (Namyang R&D Mərkəzi) açılır.
2005 Kia-nın ümumi ixracatı 5 milyon ədədi keçmişdir.
2006 Kia-nın Avropa üçün strateji modeli cee'd Paris Avtomobil Sərgisində təqdim edilir.
2009 Soul Red Dot Design mükafatını almış ilk Koreya avtomobili olur.
2010-Now

Fərqli Nəfəs

1944-cü ildə yaranmasından bu yana davamlı şəkildə böyüyərək güclü qlobal oyunçuya çevrilərək müştərilərə davamlı olaraq yeni nəfəs gətirməyə çalışır
2013 Kia-nın ümumi beynəlxalq satışları 50 milyon ədədi keçmişdir.
2014 Soul EV sənayedə Sığortaçılar Laboratoriyasının ekoloji təsdiqini almış ilk avtomobil olur.
2014 Kia GT4 Stinger konsepti və Soul modeli International Design Excellence Awards mükafatlarına layiq görüldü
2016 Kia rəsmi olaraq Meksika istehsal zavodunu açır
2017 Kia ilk brend təcrübəsi olan Koreyada BEAT 360 adlı məkanın açılışını etdi.
2018 CES 2018 sərgisində Kia manevrliyə dair gələcək baxışını açıqlayır
2018 “2018 iF design Awards” müsabiqəsində Kia üçün üç mükafat
2018 “J.D. Power’s Initial Quality Study” təşkilatına əsasən ardıcıl dörd ildir Kia Motors ən reytinqli mass market brendidir
2019 2019-cu il Kia şirkətinin dizaynı üçüncü dəfə “Qırmızı nöqtə” dizayn mükafatına layiq görülüb
2019 İmagine by Kia adlı yeni tam elektriklə çalışan konsept avtomobil ictimaiyyətə təqdim edilib