Go to content
A captivating class-leader

Cazibədarlığına görə sinfində lider

Seqmentində iri qabaritləri ilə seçilən Kia Quoris xarizmatik ön hissə və incə arxa xəttləri ilə həm də Kia-nın dinamik və innovativ dizaynında növbəti mərhələdir.

    360° VR

    Aurora Black Pearl Formal Deep Blue Mienral Silver Platinum Graphite Snow White Pearl Titanium Brown

    Aurora Black Pearl

    • BAŞLAYIR  
    • MÜHƏRRİK HƏCMİ  
    • MAKSİMUM GÜC  
    • ZƏMANƏT 5 il və ya 150.000 km

    Eksteryer

    Stirring the senses with futuristic appeal

    Duyğuların futuristik görünüş ilə vəhdəti

    Kia Quoris-ə edilmiş bir sıra yeniliklər sayəsində bu model lüks sedan seqmentinin hüdudlarını ötüb keçmişdir. Kia Quoris-in həm funksionallığını, həm də estetik füsunkarlığını artıran innovativ, haytek detallara xüsusi önəm verilmişdir.
    Proportions that define luxury

    Lüks görünüş yaradan proporsiyalar

    Premium sedanın gözəlliyi onun proporsiyaları ilə müəyyən edilir. Enli çiyin xətti uzun arxa çıxıntı ilə birgə Kia Quoris-ə güclü görünüş və öxünəməxsus aura bəxş edir.
    Elegant and modern simplicity at its best

    Zərif və müasir sadəliyin ən nəfis nümunəsi

    Hamar və aerodinamik yan siluet sadə və güclü yan xətlərlə vurğulanaraq Kia Quoris-ə iri görünüş verir və avtomobilin performans yönümlü dizaynını ön plana çəkir.

    İnteryer

    Klassik lüks tərtibatla müasir texnologiyaların mükəmməl harmoniyası

    Xüsusiyyətlər

    ASCC (Təkmilləşdirilmiş ağıllı kruiz kontrol)

    Avtomobilin önündəki radar sensoru öndə gedən avtomobilədək olan məsafəni daim izləyir. Sistem öncədən təyin olunmuş təhlükəsiz distansiyanı saxlamaq üçün əyləcləri işə sala, lazım gəldikdə isə avtomobili tam saxlaya bilər. Öndəki avtomobil hərəkətə davam etdikdə sistem mühərriki işə salır.

    Performans

    Təkmilləşdirilmiş arxa ötürücülü şassi

    Kia Quoris-in tanınmış lüks avtomobil istehsalçılarının istifadə etdikləri ilə eyni olan tam yeni arxa ötürücülü platforması Kia brendinin yeni performans erasının gəldiyinə işarə edir. Dinamik gücün və idarəetmənin gözlənilməz səviyyəsinə hazır olun.

    Təhlükəsizlik

    Mənəvi rahatlığınızı təmin edən intellektual aktiv təhlükəsizlik

    Qabaqcıl radar və sensor texnologiyasına əsaslanan innovativ təhlükəsizlik sistemləri təhlükəli vəziyyət yarana biləcəyi hallarda xəbərdarlıq etməklə və hətta sizə kömək etməklə qəzaların qarşısını alır. Bəzi hallarda, onlar avtomatik işə düşməklə, sizin idarəetmədən tam zövq almanıza şərait yaradır.
    • Şəkillər sadəcə məlumatlandırıcı xarakter daşıyır. Opsiyaların mövcudluğu avtomobilin təchizatından asılıdır.
    • Şirkət bu saytda yerləşdirilən məlumatları xəbərdarlıq etmədən dəyişmək hüququnu özündə saxlayır. Maraqlandığınız avtomobil barədə əlavə məlumat əldə etmək üçün Kia Motors Azərbaycan şirkətinin satış və sərgi salonlarına müraciət edin. Satış məsləhətçiləri ilə bu nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz: (050, 051, 055, 070) 303 60 60