Go to content

İNNOVASIYA TARIXI

TEXNOLOGİYA
Avtomobillərimiz daha ağıllı və təhlükəsiz olur

Göstəricilərin ön şüşəyə proyeksiyası

İdarəetməyə aid informasiya və digər fərqli məlumatlar (məs, yan və arxadakı dəyişikliklər) qrafika şəklində ön şüşədə əks olunur. Gözünüzü yoldan ayırmağa ehtiyac qalmadığından avtomobili daha təhlükəsiz idarə edə bilərsiniz.

Tam ölçülü TFT LCD cihazlar paneli

Daha rahat və təhlükəsiz idarəetməmiz üçün çoxsaylı zəruri informasiya 12,3 düym ölçülü rəngli LCD displeyə malik cihazlar panelində əks olunur.

Ətrafa nəzarət monitoru

Avtomobilin ətrafında quraşdırılmış dörd ədəd kamera dar yerdə parklamanı və idarə etməni asanlaşdırır.

Parklamaya yardımçı ağıllı sistem

Bu sistem ətrafınızda olan yeri tanımaq üçün avtomobilinizin ön buferində quraşdırılmış ultrasəs sensorlarından istifadə edir və avtomobilinizi daha asan şəkildə parklamanıza kömək etmək üçün avtomatik olaraq sükan çarxını idarə edir.

Naviqasiya sistemi

IT-yə əsaslanan UVO xidməti daha rahat idarəetmə üçün avtomobilinizə dair geniş məlumat almağa və müxtəlif multimedia cihazlarını bir mərkəzdən işlətməyə imkan verir.
  • DIS Naviqasiyası
    IntelⓇ Atom™ Prosessoru və SSD yaddaşı ilə təchiz olunmuş bu naviqasiya sistemi 9,2 düymlük displeydə yer haqqında məlumatı təqdim edir və sizə interfeys funksiyalarını bir mərkəzdən idarə etməyə imkan verir.
  • Sensor klaviatura
    Siz sensor düymələr toplusundan istifadə etməklə asanlıqla ekrana mətni daxil edə bilərsiniz.
  • Jukebox
    Bu sistem vasitəsilə USB yaddaş qurğusunda saxlanılan musiqi, video və şəkilləri görmək yaxud səsləndirmək üçün daxildə qurulmuş yaddaşa ötürmək mümkündür. Mahnılar oxunarkən mahnının, ifaçının, albom və janrın adı daxil olmaqla mahnı haqqında ətraflı məlumat ekranda göstərilir.

NVH - Biz səs və titrəməni
xoş təcrübəyə çeviririk

Səs və titrəmə avtomobili idarə etdiyiniz zaman əhvalınıza təsir edir.
Biz səs və titrəməni aradan qaldırmaqdan əlavə onu xoş səsə çeviririk.

Avtomobilinizi daha səssiz etmək texnologiyası

NVH-ni aradan qaldırmağın əsas yollarından biri sürtünmə nəticəsində (məsələn, hissəciklər, yol və təkərlər arasında) yaranan qəribə səsi minimuma endirməkdir.
  • Mühərrik blokunda olan küyü azaltmaq texnologiyası
    Avtomobildə ən böyük səs mənbəyi mühərrikdir. Kia səs və titrəmələri azaltmaq üçün mühərriki möhkəm bərkidən qurğu hazırlayır yaxud təkmilləşdirir.
  • Səsi udan və izolyasiya edən material
    Biz təkərlər və yol arasında yaranan səsi aradan qaldırmaq üçün avtomobillərimizə səs udan örtük tətbiq edirik və küləyin səsini azaltmaq üçün güzgülər kimi xarici qurğuların formasını təkmilləşdiririk.
  • Kuzovdan gələn səsi azaltmaq texnologiyası
    Avtomobilin kuzovunda müxtəlif tərkib hissələrin quraşdırılması üçün dəliklər açılır ki, bu dəliklər vasitəsilə səs ötürülür. Səsi minimuma endirmək üçün biz bu dəliklərin sayını və ölçüsünü azaldırıq.

Səsi başqa səslə aradan qaldırmaq üçün aktiv nəzarət sistemi

Bu texnologiya salona daxil olan tezlik, səs səviyyəsi, səs tonu və digər səs attributlarının müəyyən edərək ona qarşı eyni amplituda amma əks fazalı səs dalğası buraxır. O, həmçinin səsi daha da azaltmaq üçün lazımsız strukturları minimallaşdıra bilər ki, nəticədə yanacağa qənaət artır.

Texnologiya xoş səs yarada bilər

Biz avtomobilinizdən gələn bütün səsləri, o cümlədən, qapılardan gələn səsləri, indikatorların və xəbərdarlıq səslərini elə tərtib edirik ki, onlar qulağa xoş gəlsin.
  • Aktiv Səs Dizaynı
    Bu texnologiya avtomobil idarəetməsini daha əyləncəli etmək üçün sizə çoxsaylı mühərrik səslərindən birini seçmək imkanı verir. Seçimlərə adi, idman və səssiz rejim daxildir.
  • Virtual Mühərrik Səsi Sistemi
    Bu texnologiya eko avtomobillərə tətbiq olunur və virtual mühərrik səsinin köməyilə piyadaları yaxınlaşan avtomobil barəsində xəbərdar edir.

Premium Səs Sistemi

Siz "Play"düyməsinə basan kimi enerji dolu dinamik səsi eşitməkdən həzz alacaqsınız.