Go to content

İNNOVASIYA TARIXI

TƏHLÜKƏSİZLİK Təhlükəsizliyinizi təmin etmək cəhdlərimiz: qəza testi

Yüksək elastikliyə malik poladdan hazırlanmış kuzov

Avtomobilin kuzovu adətən onun səthində olan çərçivəyə əsaslanır. O, avtomobilin ümumi çəkisinin təxminən 30 faizini təşkil edir və avtomobilin qəza təhlükəsizliyi və xarici görünüşündə əsas rol oynayır. İsti ştamplama metodu ilə olduqca yüksək dərəcəli elastik polladdan hazırlanmış kuzov avtomobilin möhkəmliyini artırmaqla yanaşı onun yüngül qalmasına imkan yaradır.
Nəticə: yanacağa daha artıq qənaət və qəza təhlükəsizliyi.
Car body Front

Hava yastıqları

Sürücü/sərnişin hava yastığı, sürücünün diz nahiyəsi üçün hava yastığı, pərdə tipli və yan hava yastıqları da daxil olmaqla çoxsaylı hava yastıqları ilə təchiz edilmiş Kia avtomobilində təhlükəsizliyiniz tam qorunur.

Təhlükəsizlik kəmərinin ilkin dartıcısı

Oturacaq kəməri dartıcısı toqquşmadan əvvəl və ya bilavasitə toqquşma anında sərnişini oturacaqda möhkəm saxlamağa və hava yastığı ilə təhlükəsiz şəkildə toqquşmağına xidmət göstərən cihazdır.

Piyadalar üçün bamper sistemləri

Aşağı ayaq modeli / aşağı dayaq lövhəsi Avtomobil piyada ilə toqquşan zaman aşağı ayaq modeli və ya aşağı dayaq lövhəsi onun dizinin əyilməsini minimuma endirərək piyadanın avtomobilin üzərinə düşməsinə şərait yaradır və beləliklə piyadanın avtomobilin altına düşüb hadisənin daha kritik vəziyyətlə sonlanma riskini azaldır.

Toqquşmanın qarşısını alan texnologiyalar

Təhlükəsizlikdə əsas diqqət mərkəzində hər zaman avtomobildə olan insanların və ya piyadaların qorunması olub. İndi isə avtomobilin təhlükəsizliyi ilə bağlı yeni sual meydana çıxır: toqquşmadan necə yayınmaq olar.

Təhlükəsizlik Xəbərdarlığı Sistemi

  • Zolaqlarda Hərəkətə Nəzarət Sistemi
    Avtomobilinizin ön şüşəsində quraşdırılmış kamera irəlidəki zolağı hiss edir və yuxulu yaxud diqqətsiz idarəetmə nəticəsində hərəkət zolağından çıxanda, diqqətinizi yenidən avtomobilə yönəltməyiniz üçün sizə xəbərdarlıq edir.
  • Zolaqlarda Hərəkətə Nəzarət Sistemi
    Bu sistemdə kamera avtomobilinizlə öndəki avtomobil arasındakı məsafəyə nəzarət edir və məsafə kəskin azalanda sizi xəbərdar edir.
  • Təkərlərin Təzyiqinə Nəzarət Sistemi (TPMS)
    TPMS təkərlərdəki hava təzyiqinə nəzarət edən aktiv təhlükəsizlik sistemidir və təkərlərdən hər hansı biri boşalan zaman sizi xəbərdar edir.