Go to content

İNNOVASIYA TARIXI

İDARƏETMƏ
İdarəetmə və yürüş arasında mükəmməl balans axtarışında

Asqı sistemləri əsaslı şəkildə sizin gedişinizə təsir edə bilər

Asqı sistemləri yolların kələ-kötür və ya hamar olmasından asılı olmayaraq, istənilən yol şəraitində avtomobili rahat sürməyinizə imkan yaradır.
Asqı sistemi
əsaslı şəkildə sizin gedişinizə təsir edə bilər
Asqı avtomobili sürdüyünüz zaman özünüzü nə dərəcədə "rahat" və ya gərgin hiss etdiyinizi müəyyənləşdirən sistemdir.
Asqı sistemləri yolların kələ-kötür və ya hamar olmasından asılı olmayaraq, istənilən yol şəraitində avtomobili rahat sürməyinizə imkan yaradır.
Electronically Controlled Air Suspension photo
Elektron şəkildə idarə olunan pnevmatik asqı
Spiral şəkilli yayları əvəzləyən pnevmatik amortizatorlar sizə avtomobilinizin hündürlüyünü tənzimləmək imkanı verir. Nə qədər insan və ya yük daşımağınızdan asılı olmayaraq hündürlüyü qoruyub saxlamaq qabiliyyəti gedişi və idarə etmə stabilliyini təkmilləşdirə bilər.
Chassis Geometry System photo
İdarəetməyə təsir göstərən sükan idarəetmə sistemi
Bu sistem avtomobilin idarə olunmasına təsir edən əsas hissələrdən biridir. Sistemin necə qurulmağından asılı olaraq avtomobiliniz döngələrdən yaxşı keçə bilər yaxud döngəyə meylli ola bilər. Sükanı idarəetmə sistemi yolların düz və ya əyri olmasından asılı olmayaraq, istənilən yol şəraitində avtomobili rahat sürməyinizə imkanı verir.

Avtomobili sürmənizə təsir göstərən sükanı idarəetmə sistemi

Sükan çarxı sistemi avtomobili idarə etmənizə təsir edən əsas hissədir. Sistemin necə qurulmağından asılı olaraq avtomobiliniz döngələrdən yaxşı keçə bilər yaxud döngəyə meylli ola bilər. Sükan sistemi yolların düz və ya əyri olmasından asılı olmayaraq, istənilən yol şəraitində sizə avtomobili sürmək imkanı verir.
Reyka tipli elektrik gücləndiricili sükan sistemi
Ön təkərləri birləşdirən reykaya quraşdırılmış elektrik mühərrik, dişli çarxı birbaşa idarə edərək sürücüyə avtomobili yüksək manevrlə idarə etmək imkanı verir.
Dəyişkən ötürmə nisbətli sükan çarxı
Bu texnologiya ilə düz yolda və sərt döngədə sükan çarxını minimal işlətməklə avtomobili daha asan və rahat idarə edəcəksiniz.
Hərəkət sabitliyinin idarə olunması sistemi (VSM)
İstəyinizə uyğun çoxsaylı hərəkət rejimlərindən birini seçin və avtomobiliniz sizi mükəmməl idarəetmə ilə təmin etmək üçün mühərrik, transmissiya, sükan, elektron idarə olunan pnevmatik asqı və idarəetməyə təsir göstərən nə varsa hamısına mərkəzləşdirilmiş şəkildə nəzarət etsin.

Hərəkət rejimləri üçün mərkəzləşdirilmiş nəzarət sistemi

İstəyinizə uyğun çoxsaylı hərəkət rejimlərindən birini seçin və avtomobiliniz sizi mükəmməl idarəetmə ilə təmin etmək üçün mühərrik, transmissiya, sükan, elektron idarə olunan pnevmatik asqı və idarəetməyə təsir göstərən nə varsa hamısına mərkəzləşdirilmiş şəkildə nəzarət edəcəkdir.
Adi
Hərəkət rejimi
SƏLİS SÜRƏTLƏNMƏ
İMKANI VƏ RAHAT GEDİŞ
Sport
Hərəkət Rejimi
İDMANSAYAĞI İDARƏETMƏNİ
VƏ STABİL GEDİŞ
Exo
Hərəkət Rejimi
HƏRƏKƏTƏNİZİ QƏNAƏTLİ İŞ
REJİMİ ÜÇÜN OPTİMALLAŞDIRILDIRIR.
Qarda
Hərəkət Rejimi
YAŞ YOLLARDA TƏKƏRİN SÜRÜŞMƏSİNİ MİNİMUMA ENDİRİR,
SÜKANIN İDARƏOLUNMA İMKANLARINI YAXŞILAŞDIRIR.

Həzz alacağınız İdarəetmə

Sürət pillələrini elektron dəyişmə sistemi stabil və dəqiq sürətlənmə və tormozlamaya imkan verir. Sadələşdirilmiş manevr və dəbli dizayn isə avtomobil idarəetməsinə əyləncə qatır.
Elektron sürət ötürücüsü
Bu, transmissiya ilə lingin elektron yolla əlaqə yaratdığı sistemdir. Heç bir vibrasiya olmadığına görə çox rahat sistemdir və adi manipulyasiya və hərəkətlə sürət pilləsini dəyişmək olur. Bundan başqa, avtomobilin olduğu sürət pilləsi lingdə göstərilir.

Rahat Gediş

Oturacağınızın hansı vəziyyətdə olmağından asılı olmayaraq, asanlıqla idarə edə biləcəyiniz erqonomik tərtib olunmuş funksiyalar avtomobil sürməni daha rahat və xoş edəcəkdir.
Oturacaqların isidilməsi
Oturacaqların isidilməsi sayəsində atomobili daha rahat idarə edəcəksiniz.
Oturacağın yaddaş paketi
Sürücü oturacağının , sükan çarxı və çöl güzgülərinin vəziyyətini yaddaşda saxlayın və düyməyə basmaqla istənilən vaxt onu bərpa edin.
Sürücü/Sərnişin oturacaqlarının ventilyasiyası
Oturacaq daxilində olan ventilyator sərin hava buraxaraq idarəetmədən daha artıq zövq almağınıza imkan verir.

LED tipli tam adaptiv ön işıqlandırma sistemi

LED faralarla AFLS-in birləşməsindən yaranan tam adaptiv LED tipli ön faralar qarşı tərəfdən gələn avtomobillərin görüntü imkanını pozmamaq üçün işıq bucağını dəyişə bilir. Onlar həm də hərəkətinizi daha təhlükəsiz və daha rahat etmək üçün avtomobilin sürətinə uyğun olaraq optimal işıqlandırmanı təmin etmək qabiliyyətinə də malikdirlər.
Uzaq İşıq Yardımçısı
Ön şüşədə quraşdırılmış kamera ətraf işıqlandırmanı və başqa avtomobillərin yaxınlaşmasını hiss edir və gecə vaxtı avtomobili daha təhlükəsiz şəkildə sürməyinizə kömək etmək üçün uzaq işıqları avtomatik yandırıb söndürür.
Yaxın işıq nümunəsi
Bu sistemdə yolu daha yaxşı görməyiniz üçün avtomobilinizin yaxın işıqlandırması sürətinizə uyğun olaraq dəyişir.
  1. 1 Siz 40 km/s və ya daha aşağı sürətlə hərəkət edəndə bu, sağ və sol tərəfinizi daha yaxşı görməkdə sizə kömək edir.
  2. 2 Bu, əks tərəfdən gələn sürücülər üçün görmək imkanı yaradır və siz 40 km/s - 110 km/s sürətlə hərəkət edən zaman ətrafı daha yaxşı görməkdə sizə kömək edir.
  3. 3 Siz 110 km/s və ya daha sürətlə hərəkət edən zaman diqqətinizi hərəkətə daha yaxşı yönləndirmək üçün sonrakı bütün istiqamətləri daha yaxşı görməyinizə kömək edir.
  4. 4 Dinamik Əyilən İşıq: Yaxın işıqlar şəhər rejimi, adi rejim və ya yüksək sürətli rejimdə olmağınızdan asılı olmayaraq sükan çarxının istiqaməti və avtomobilinizin sürətinə uyğun olaraq sola və ya sağa əyilir.