Go to content

KIA HAQQINDA

KORPORATİV FƏLSƏFƏ
Kia-da hər kəs tərəfindən paylaşılan davranışlar toplusu

İdarəetmə Fəlsəfəsi

Kreativ düşünməklə və çətinlikləri dəf etməklə yeni gələcəyin qurulması və insanların arzularının reallığa çevrilməsi.
  • Sonsuz məsuliyyət duyğusu

    Sonsuz məsuliyyət duyğusu

  • İmkanların reallaşdırılması

    İmkanların reallaşdırılması

  • Bəşəriyyətə hörmət

    Bəşəriyyətə hörmət

Biznesin idarə edilmə fəlsəfəsi şirkətin fəaliyyət göstərmə səbəbini ifadə etməklə yanaşı işçilərin davranışlar toplusunu formalaşdıran fundamental qayda kimi də xidmət göstərir. Aşağıdakı üç əsas ifadə Kia-nın idarəetmə fəlsəfəsini ümumiləşdirir: yüksək məsuliyyət, potensialı üzə çıxartmaq və humanizm. Bu əsas dəyərlər vahid şüarda ehtiva edilib: 'Kreativ düşünməklə və çətinlikləri dəf etməklə yeni gələcəyin qurulması və insanların arzularının reallığa çevrilməsi."

Gələcəyə baxış

  • Birlikdə daha parlaq gələcəyə doğru

    2011-ci ildə Hyundai Motor Group yeni korporativ baxışın əsasını qoydu: "Dəyərin formalaşdırılmasını maksimuma qaldırmaq və səhmdarlarla balanslaşdırılmış və ortaq inkişafı davam etdirmək üçün bəşəriyyətə hörmət etmək və ətraf mühitin qorunması üzrə tədbirləri həyata keçirtmək." Bütün filial müəssisələr bu baxışı icra etmək və Hyundai Motor Group-u, müştərilərə yeni dəyər bəxş edən yüksək səviyyəli avtomobil qrupuna çevirmək üçün əməkdaşlıq edəcəkdir. Bacarığımızı ortaya qoyaraq yaratdığımız dəyər nə qədər böyük olsa, tərəfdaş firmaların və yerli birliklərin davamlılığını gücləndirmiş və bəşəriyyətin davamlı inkişafına töhfə vermiş olacağıq.

  • Avtomobil və digər sahələrdə ömürlük tərəfdaş

    Qrupun gələcəyə baxış planında hər bir aparıcı biznes sahəsi üçün ayrıca baxış planı qeyd olunub. Avtomobil biznesi üçün gələcəyə baxış planı belə səslənir: 'İnnovativ, insan-yönümlü, ekoloji təmiz texnologiya və geniş xidmətə əsaslanaraq həyatı daha rahat və zövqlü edən yeni məkanın təmin edilməsi". Kia Motors, avtomobilləri sadə nəqliyyat vasitəsindən yeni həyat tərzi məkanına çevirməyi hədəfləyən bu gələcək baxış planına uyğun məhsullar və xidmətlər təklif edir.

Əsas Dəyərlər

Əsas dəyərlər bütövlükdə işçilər və təşkilat üçün davranış kodeksindən ibarətdir. Onlar həmçinin mübarizə apardığımız korporativ mədəniyyəti və özümüzə, eləcə də maraqlı tərəflərə verdiyimiz vədi əks etdirir. Biz eyni dəyərləri paylaşmaqla və verdiyimiz hər bir qərarda onları nəzərə almaqla vahid oluruq. Kia Motors, fərqli korporativ mədəniyyət qurmaq üçün istedad və fərqliliklərə qucaq açaraq və verilən vədləri həyata keçirərək qarşıdakı çətinliklərin öhdəsindən qarşılıqlı əməkdaşlıq və hörmət yolu ilə gələcəkdir.
Əvvəlcə müştəri

Biz yüksək keyfiyyət və qüsursuz xidmət göstərməklə müştəri yönümlü korporativ mədəniyyəti təbliğ edirik.

Çətinliklər

Qazandıqlarımızla kifayətlənməyi sevmirik, daha böyük çətinlik üçün hər bir fürsəti dəyərləndiririk və sarsılmaz istək və fərqli düşüncə ilə məqsədlərimizə nail olacağımıza əminik.

Ünsiyyət və əməkdaşlıq

Şirkət daxilində və biznes tərəfdaşlarımız ilə qarşılıqlı ünsiyyət və əməkdaşlıqdan irəli gələn "birgəlik" düşüncəsi əsasında sinerji yaradırıq.

İnsanlar

Təşkilatımızın gələcəyi fərdi üzvlərin bacarıqlarından asılıdır və istedada hörmətlə yanaşan korporativ mədəniyyət yaratmaqla onlara potensiallarını inkifaş etdirməkdə kömək edəcəyik.

Qloballıq

Biz mədəniyyət və ənənələrin müxtəlifliyinə hörmətlə yanaşır, etdiyimiz işdə dünyanın ən yaxşısı olmağa can atırıq və mötəbər qlobal korporativ vətəndaş olmaq üçün çalışırıq.