Go to content

KIA HAQQINDA

DİZAYN İSTİQAMƏTLƏRİ
Düz xətlərin sadəliyi

Dizayn brendə ruh verir

Kreativ düşünməklə və çətinlikləri dəf etməklə yeni gələcəyin qurulması və insanların arzularının reallığa çevrilməsi.
Dizayn təkcə formalar, xəttlər və ya dekorasiya demək deyil. Bu brendə ruh bəxş etmək, müştərini məhsula aşiq etmək deməkdir. Kia dizaynının əsas məqsədi Kia brendini səciyyələndirən misilsiz və saf dizaynı tapmaqdır. Buna nail olmaq üçün Kia dünya üzrə daha çox insan və ya müştərilərlə qarşılıqlı ünsiyyət quraraq fərqli bazarların və cəmiyyətlərin istəklərinə və texnologiyaya əsaslanıb brendi daha həyəcanverici və əyləncəli edəcəkdir.

Düz Xəttin Sadəliyi

Düz xətlərin sadəliyi Kia-nın dizayn fəlsəfəsinin əsas amillərindən biridir. Aydınlığı, dəqiqliyi və fərqliyini ifadə edən düz xətlər Kia-nın dizaynlarında əsas yer tutur və yekun məhsulda öz əksini tapır. Kia-nın dizaynı sadə quruluşu, interyer və eksteryerin incə detalları və digər başqa avtomobildə çətinliklə tapılan özünəməxsus yenilikləri ilə müştərilərin loyallığını qazanmağa yönəlib.

Kia Ailəsinin Siması

Dizayn Xüsusiyyətləri
Kia, brend loqosu qədər güclü vizual simvol yaradıb. Səciyyəvi radiator barmaqlığı, fənərlər və brend loqosu dəyişən tərtibat və kombinasiyalar vasitəsilə bənzərsiz ailə görünüşünü formalaşdırır. Ailə görünüşü ilk təqdim olunduğu vaxtdan bugünə kimi bütövlükdə təkmilləşib və hazırda insanların brendi uzaq məsafədən və ya qaranlıqda belə tanıması üçün kifayət qədər geniş yayılıb. Ailə görünüşü həmçinin brend haqqında məlumatlılığı daha da artıraraq məhsul və müştərilər arasında mənəvi əlaqələrin formalaşmasına kömək edir.