Go to content

KIA HAQQINDA

KORPORATİV XASSƏLƏR
Dinamika və innovasiyamızın simvolu

Simvol: məna

Loqomuz yer kürəsini simvolizə edən ovaldan və Kia-nın qlobal arenada inkişaf yolunu göstərən adımızın ingilis dilində mərkəzdə yazılışından ibarətdir. Parlaq oval və ehtiras rəngi olan qırmızı dinamikliyi əks etdirir və rəng keçidi zəriflik hissi bəxş edir. Adımızın mərkəzdə yerləşməsi məsuliyyətliliyimiz və etibarlılığımızı, eləcə də qlobal avtomobil istehsalçısı olmaqdan duyduğumuz fəxri əks etdirir.

Şrift

Vahid brend obrazı yaratmaq məqsədilə Kia Motors-un vizual təqdimatlarında xüsusi şriftən istifadə edirik. Bu şrift uzun müddətli brend kimliyimizin əsasını qoymaq məqsədilə ünsiyyət vasitəsi kimi istifadə olunur.